ƏƏSMN-də ölkəmizlə bağlı hazırlanmış əhali proqnozlarına dair yekun təqdimat tədbiri keçirilib
Tarix: 15.02.2017 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “2015-ci ildə ölkədə ölənlərin sayı əhalinin hər on min nəfərinə hesabı ilə 2003-cü ildəki 60 nəfərdən 57 nəfərə qədər azalıb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” üzrə növbəti tədbir olaraq, Çexiyanın Karlov Universitetinin professoru və beynəlxalq ekspert Tomaş Kuçeranın ölkəmizlə bağlı hazırladığı əhali proqnozlarına dair yekun təqdimatı olub. Tədbirdə aidiyyəti dövlət qurumlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının, BMT-nin Əhali Fondunun, nazirliyin struktur bölmələrinin nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafına yönələn siyasətinin nailiyyətlərindən biri kimi, respublikada müsbət demoqrafik meyllərin davam etdiyini vurğulayıb: “Ölkə əhalisinin sayı 2003-cü illə müqayisədə 17,5 faiz artaraq 2016-cı ilin 01 dekabr tarixinə 9 802 min nəfərə çatıb. Doğulanların sayı əhalinin hər min nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 2015-ci ildə 17,4 nəfərə qədər artıb. Ölkədə doğulanların sayı 2003-cü ildə 113 467 nəfər olduğu halda, 2015-ci ildə bundan 46,5 faiz çox, yəni 166 210 nəfər olub. Bu müsbət dinamika digər tərəfdən ölüm səviyyəsinin azalması ilə müşahidə edilib. Məsələn, 2015-ci ildə ölkədə ölənlərin sayı əhalinin hər on min nəfərinə hesabı ilə 2003-cü ildəki 60 nəfərdən 57 nəfərə qədər azalıb. Yəni il ərzində respublikada doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir”.
S.Müslümov ölkəmizdə ölüm səviyyəsinin azalmasının doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artması ilə müşahidə edildiyini bildirib: “Bu göstərici 2003-də 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) olub, 2015-ci ilin yekunlarına görə isə doğulanda gözlənilən ömür uzunluğu 75,2 yaşa (o cümlədən kişilər üçün 72,7 yaşa, qadınlar üçün isə 77,6 yaşa) yüksəlib. Miqrasiya saldosunda da müsbət dinamika davam edir. 2015-ci ildə bu göstərici +1,1 min nəfər olub. Ümumilikdə, digər demoqrafik göstəricilərdə də mütəmadi yaxşılaşma özünü göstərib”.
Nazir “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsas götürülməklə “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramının (2017-2030-cu illər)” layihəsinin hazırlandığını diqqətə çatdırıb: “Layihədə ölkənin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün hərtərəfli şəraitin yaradılmasına yönələn tədbirlər əhatə olunub. Bu Proqram qəbul olunduqdan sonra onun icrası çərçivəsində mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması nəzərdə tutulur”.
S.Müslümov bildirib ki, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı ilə bağlı gələcəkdə görüləcək tədbirlərin planlaşdırılmasında demoqrafik inkişafın perspektivləri, o cümlədən əhali proqnozları ilə bağlı məlumatların əldə olunması xüsusi önəm kəsb edir: “Bu amil nəzərə alınaraq, demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması məqsədilə ötən dövr ərzində BMT-nin Əhali Fondu ilə birgə respublikamızın və ilk dəfə olaraq ölkənin iqtisadi rayonlarının əhali proqnozlarının və proyeksiyaların hazırlanması üzrə işlərə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çexiyanın Karlov Universitetinin professoru və beynəlxalq ekspert, qeyd edilən Dövlət Proqramının layihəsinin hazırlanması işlərində yaxından iştirak edən Tomaş Kuçeranın, BMT-nin Əhali Fondunun, aidiyyəti qurumların və nazirliyin struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə ölkənin mövcud demoqrafik vəziyyəti və əsas perspektiv meyllər müzakirə olunub”.
Nazir qeyd edib ki, keçən ilin sentyabr ayında işçi görüş çərçivəsində ölkənin ümumi gələcək inkişaf istiqamətləri nəzərə alınmaqla demoqrafik proyeksiyaların ssenariləri nəzərdən keçirilib: “Hazırkı bu tədbirdə isə respublikanın və iqtisadi rayonların əhali proqnozlarına dair hazırlanmış yekun təqdimatla tanış olacağıq. Hesab edirəm ki, bu təqdimat ölkəmizdə demoqrafiya sahəsində dolğun və mükəmməl proqnozlar sisteminin formalaşdırılmasında önəmli rol oynayacaq”.
BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev demoqrafiya sahəsində dolğun proqnozlar sisteminin yaradılmasının hər bir ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu vurğulayıb, bu sahədə ölkəmizdə BMT-nin Əhali Fondu ilə əməkdaşlıq müstəvisində aparılan işlərin əhəmiyyətini qeyd edib.
Tədbir T.Kuçera tərəfindən respublikanın və iqtisadi rayonların əhali proqnozlarına dair hazırladığı yekun təqdimatla davam edib. Ölkənin gələcək inkişafına və əhalinin perspektiv meyllərinə dair geniş müzakirələr şəraitində keçən tədbirdə mütəxəssislər tərəfindən əhali proqnozlarının hazırlanması məsələləri ilə bağlı təkliflər də səsləndirilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info