Səbaildə sahibkarların toplantısı
Tarix: 15.02.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına diqqətin artırılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar Səbail rayonunda həyata keçirilən tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə Badamdar qəsəbəsində fəaliyyət göstərən sahibkarların görüşü keçirilib.
Açıq mikrofon xarakterli görüşdə sahibkarların gündəlik problemləri ilə yanaşı, Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafı, o cümlədən qəsəbənin əsas küçəsi olan Badamdar şosesinin əsaslı yenidən qurulması məsələləri də müzakirə olunub, sahibkarları maraqlandıran məsələ və suallar ətraflı cavablandırılıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bu gün ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılır, yeni islahatlar həyata keçirilir. Badamdar şosesində aparılacaq əsaslı yenidənqurma işlərinə toxunan Eldar Əzizov bildirib ki, Prezidentin tapşırıqlarına əsasən hər bir məmur sakinlərin problemlərini öz şəxsi problemləri kimi qəbul etməlidir. Bununla əlaqədar Badamdar yolunun yenidən qurulması işləri zamanı bu yol ətrafında yerləşən bütün ticarət və digər obyektlərin sahiblərinə RİH tərəfindən hər cür yardım və köməklik göstəriləcək, hər bir obyektlə bağlı layihə sənədləri ətraflı müzakirə olunacaq.
Görüşdə çıxış edən sahibkarlar onların gələcək fəaliyyətinin inkişafı istiqamətində hazırda atılan addımları və nəzərdə tutulan işləri dəstəklədiklərini bəyan edib və bununla əlaqədar ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Nigar






 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info