İqtisadiyyat İnstitutunun elmi işçisi Dubayda mükafata layiq görülüb
Tarix: 15.02.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və bu elm müəssisəsinin aparıcı elmi işçisi Rüfət Əfəndiyev Dubayda keçirilən V Dünya Hökumətlər Sammitində (World Government Summit) iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə keçirilən tədbirə dünyanın 139 ölkəsindən dörd minədək nümayəndə, o cümlədən tanınmış ictimai-siyasi xadimlər, alim və ekspertlər qatılıblar.
Sammit çərçivəsində təşkil olunan “Yeni ideyalar” müsabiqəsində R.Əfəndiyevin də daxil olduğu beynəlxalq qrup ikinci yerə layiq görülüb.
Üç gün davam edən tədbirdə hökumətlərin və dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, gənclər, texnologiyaların inkişafı, innovasiyalar, gələcək elmlər, dayanıqlı inkişaf, dövlət xidmətlərinin təkmilləşdirilməsi, habelə insanların yaşayışı kimi məsələlər müzakirə edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info