Qreku: “Azərbaycanın uğurlu təcrübəsindən faydalanmağa xüsusi önəm veririk”
Tarix: 15.02.2017 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Moldova nümayəndə heyəti üçün Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinə dair təqdimat keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində İKT-nin tətbiqi üzrə təcrübəni öyrənmək məqsədilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti üçün nazirliyin avtomatlaşdırılmış sistemlərinə dair təqdimat tədbiri keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov bildirib ki, sosial-iqtisadi sistemlərin müasir və şəffaf idarəetmə mexanizmləri əsasında qurulması ölkəmizin ümumi inkişaf modelinin mühüm tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, son illərdə əmək və sosial müdafiə sahələrində də informasiya kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqi nəticəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri yaradılıb: “Nazirliyin Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi müvafqi sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə və tam şəffaf şəkildə təşkil edilməsinə səbəb olub. Hazırda əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir. Onlar “Elektron Hökumət” portalında vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadırlar. Təkcə 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub”.
E.Məcidov qeyd edib ki, hazırda Azərbaycanın əmək və sosial müdafiə sahələrində elektron əsaslar üzərində qurulan şəffaf idarəetmə və xidmət sistemləri mötəbər beynəlxalq təşkilatlar tərəfindən dünyanın qabaqcıl təcrübələri kimi dəyərləndirilir. BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilərək təbliğ olunan bu sistemlərə maraq göstərən təşkilatların və ölkələrin sayı artır: “Bu günlərdə isə Dünya Bankının ekspert qrupunun müraciəti nəzərə alınmaqla, həmin təşkilatın Vaşinqton şəhərindəki (ABŞ) mərkəzi ofisi üçün nazirliyin ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) videokonfrans vasitəsilə geniş təqdimatı da keçirilib”.
L.Qreku Moldovada da İKT-nin fəaliyyət sahələrində tətbiqi proseslərinin genişləndirilməsi işlərinin aparıldığını, eyni zamanda Milli Sosial Sığorta Kassasının iş mexanizmlərinin elektron müstəvidə qurulmasının diqqətdə saxlandığını bildirib. O, bu sahədə Azərbaycanın uğurlu təcrübəsindən faydalanmağa xüsusi önəm verdiklərini vurğulayıb, bunun üçün belə bir təqdimat tədbirinin təşkilinə görə təşəkkürünü ifadə edib.
Təqdimat zamanı nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri, onların funksional strukturu, xidmətlərin elektron müstəvidə həyata keçirilməsinin texniki prosedurları və s. barədə nümayəndə heyətinə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Tədbir İKT-nin müvafiq iş sahələrində tətbiqi məsələlərinə dair müzakirələrlə davam edib.
Təqdimatdan razılıqlarını bildirən qonaqların səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Fondun Xəzər rayon şöbəsinin, habelə Müharibə və Əmək Əlilləri üçün Pansionatının, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olmaları da nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir”
18.12.2018
Əhalinin banklarda 8 milyard manatdan çox əmanəti var
18.12.2018
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
18.12.2018
Azərbaycan on bir ayda ən çox İtaliya, Türkiyə və İsrailə məhsul ixrac edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat aqrar kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info