Monoqrafiya maraqla qarşılandı
Tarix: 11.04.2013 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitetin Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mətanət Quliyevanın “Azərbaycan dilində sintaktik transformasiya” kitabının təqdimat mərasimi keçirildi.
Universitetin rektoru, akademik İsa Həbibbəyli kitabxanada keçirilən belə təqdimat mərasimlərinin Naxçıvan elmi-ədəbi mühitinin son nailiyyətlərinin, yeni çap məhsullarının təbliği, elmi nəşrlərin gələcək tədqiqatlarda isnad mənbəyi kimi istifadə məqsədilə elmi ictimaiyyətə çatdırılmasındakı əhəmiyyətindən danışdı. “Azərbaycan dilində sintaktik transformasiya” kitabı dilçiliyin aktual problemlərinə həsr olunan, azərbaycanşünaslıq baxımından sanballı tədqiqat əsəri kimi dəyərləndirildi. Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sevindik Vəliyev müəllifin həyat yolu, elmi-pedaqoji fəaliyyətin barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, 1995-ci ildən Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Mətanət müəllimə 2008-ci ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adı almış, 2011-ci ildə kafedranın dosenti seçilmişdir. Yenicə nəşr olunmuş monoqrafiya dilçilik və metodikaya dair 20 məqalə və iki dərs vəsaitinin müəllifi Mətanət Quliyevanın çoxillik səmərəli elmi tədqiqatlarının bəhrəsidir.
Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Elbəyi Maqsudov, kafedranın baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Quliyeva çıxış edərək transformasiyanın mahiyyətindən, növ və tiplərindən, funksional üslubi ekvivalentlik və sinonimlik məsələlərindən, sintaktik transformasiyanın istifadə üsullarından bəhs edən yeni nəşrin Azərbaycan dilinin tədrisində, sevdirilməsindəki rolundan bəhs etdilər. İbtidai sinif müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Günay Heydərova, universitetin Tələbə idman şurasınınn sədri Nicat Allahverdiyev müəllimlərini tələbələr adından təbrik etdilrər. Sonda filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva universitet rəhbərliyinə, kitabxana kollektivinə tədbirin təşkili üçün minnətdarlığını bildirdi. Təqdimat mərasimində müəllifin elmi-pedaqoji fəaliyyətini əks etdirən slaydlar və sərgi nümayiş olundu.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info