Amerikalı ekspertlər AzTU-nun tələbələri ilə görüşüb
Tarix: 15.02.2017 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisinin iki eksperti Azərbaycan Texniki Universitetinin (AzTU) professor-müəllim və tələbə heyəti ilə görüşüb. Şimali Kaliforniya ştatında yerləşən, müasir texnologiyalar ünvanı olan Silikon Vadisinin "Minilliyi Layihəsi”nin həmtəsisçisi, “Santa Clara Valley of ASM İnternational Society”nin sədri Brok Hinzman və Futuristik reallıq və Gələcək Biznes Şəbəkəsinin nümayəndəsi Eylin Makcinisi əvvəlcə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qəbul edərək bu görüşdən məmnun olduğunu bildirib. Rektor əvəzi ilə görüşdə Azərbaycan ABŞ elmi əlaqələrinə diqqət çəkilərək mövcud və perspektiv layihələr haqqında müzakirələr aparılıb. Sonra amerikalı ekspertlər AzTU-nun professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Universitetin prorektoru İsa Xəlilov qonaqları iştirakçılara təqdim edib və “Minilliyin Layihəsi” çərçivəsində çalışan nümayəndələrin tələbələrlə görüşünü yüksək qiymətləndirib. Prorektor bildirib ki, bu layihə çərçivəsində qlobal problemlərin həllinə böyük töhfələr verilir. AzTU tələbələri üçün bu görüşü təşkil edən Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova çıxış edərək müasir tələbələrin yeni texnologiyalar üzərində apardıqları tətbiqdən danışıb. Reyhan Hüseynova vurğulayıb ki, layihələndirmə işində yeni texnologiyalardan istifadə çox mühümdür. Bu cür texnologiyalardan olan 3D Printerlərinin özəlliyindən və layihələndirmə işindəki texnoloji çevikliyindən danışan Reyhan Hüseynova Azərbaycan gənclərinin bu maşınla bağlı biliklərinin genişləndirilməsinin vacib məsələ olduğunu qeyd edib. Silikon Vadisinin ekspertləri də yeni texnologiyaların tətbiqi ilə gənclərin layihələrinin reallaşdırılmasından danışıblar. Ekspertlər qeyd ediblər ki, bundan sonra Azərbaycan Futuroloqlar Cəmiyyətinin xətti ilə startapçı AzTU tələbələri ilə intensiv iş aparılacaq. Yaradılacaq əlaqələr vasitəsi ilə layihələrinin realaşdırılması üçün əlverişli mühit formalaşacaq. Amerikada 3D Printer texnologiyaları üzərində tələbələrin keyfiyyətli işlərindən bəhs edən ekspertlər bildiriblər ki, qaz və neft sahəsində 3D Printerin istifadəsi bu sahədə aparılan işlərin effektivliyini dəfələrlə artırıb. 3D Printerin məhsulu olan kəskin dəyişkənlik gətirən müasir texnologiyalara və indiki texnologiyaların gələcəkdə hansı texnologiyalarla əvəz olunmasına diqqət çəkən qonaqlar artıq sənayenin robotlaşdığını qeyd ediblər. Ekspertlər 3D Printerinin bütün xüsusiyyətləri, keyfiyyətli məhsulları haqqında iştirakçılara ətraflı məlumat verib və maşını əyani nümayiş etdiriblər. Çıxışlarda qeyd olunub ki, ideyaların gerçəkləşməsi üçün 3D Printeri çox gözəl və əhatəli texnologiyadır. Sonda iştirakçıların bütün sualları ekspertlər tərəfindən cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info