Sumqayıtda karate-do üzrə birinci açıq cempionat
Tarix: 16.02.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Milli Karate Federasiyası “Buta” Gənclər İdman Klubunun və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə karate-do üzrə birinci açıq cempionat keçirilib.
Sumqayıt şəhərində yerləşən Paralimpiya Kompleksində keçirilən çempionatın açılış mərasimində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mübariz Bəşirov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin məsul işçisi Rüfət Mahmudzadə və başqaları iştirak ediblər. Tədbirdə çıxış edən Mübariz Bəşirov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açıb. Son illərdə karatenin inkişafı istiqamətində atılan addımlara toxunan M.Bəşirov 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına karatenin də daxil edilməsini böyük nailiyyət adlandırıb. Tədbirdə çıxış edən “Buta” Gənclər İdman klubunun prezidenti, III dan qara kəmər ustası Əmirqulu Quliyev, eləcə də digər qonaqlar ölkəmizdə idmanın inkişafı ilə bağlı uzunmüddətli, planlı addımların atıldığını bildiriblər. Qeyd edilib ki, Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Hazırda respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Vurğulanıb ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və ölkəmizin Olimpiya Hərəkatındakı yeri olduqca böyükdür. Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Namiq Pirverdiyevin baş hakimliyi ilə 27 çəki dərəcəsində keçirilən yarışda “Buta” Gənclər İdman Klubunun, Sumqayıt “kontakt-karate”, “Araz”, “Mətləb”, “Xaçmaz”, “Dostluq” və digər idman klub və birliklərinin 250-dən çox idmançısı çıxış edib. Ədalətli idman mübarizəsi şəraitində baş tutan yarışda qalib gələn idmançılar fəxri fərmanlar, kubok və medallarla mükafatalandırılıblar.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17.09.2019
Çempionlar Liqasında qrup mərhələsi başlayır
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü
16.09.2019
Ukrayna gimnastı Vlada Nikolçenko A qrupunda birinci olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info