“Azərbaycan millisi ilə bağlı ümidlərim böyükdür“
Tarix: 16.02.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


"Trabzonspor"dan normal ayrıldım. Qarşıdakı 1.5 il ərzində "Jilina"da çıxış edəcəm. "Trabzonspor"da hər kəs mənə uğurlar arzuladı. Orada az oynadım. Amma bu, futboldur. Oyun təcrübəmi artırmaq üçün icarəyə göndərildim. Ruhdan düşməməliyəm. Özümü yaxşı tərəfdən göstərmək üçün çox işləməliyəm. Hər şey məndən asılıdır". Bu sözləri "Trabzonspor"un "Jilina"ya icarəyə göndərdiyi millimizin futbolçusu Ramil Şeydayev Rusiya mətbuatına müsahibəsində deyib.
O, "Zenit"dən ayrılmağının səbəbləri haqda da danışıb: "Başqa ölkələrdə, başqa çempionatlarda özümü sınamaq istəyirdim. "Zenit" mənə yeni müqavilə təklif etmişdi. Amma mən seçimimi edərək klubdan ayrıldım. Nə "Zenit"dən ayrılmağıma, nə də vətəndaşlığımı dəyişməyimə peşmanam". R.Şeydayev millimiz barədə də fikirlərini bildirib. O, yığmamıza tez uyğunlaşdığını vurğulayıb: "Hiss edirdim ki, maraqlanırlar, məndən yaxşı oyun və qollar gözləyirlər. Milli komandaya tez uyğunlaşdım. İlk oyunlardan komandaya mümkün qədər daha çox fayda vermək istədim". 21 yaşlı hücumçu qarşıdakı 1.5 il ərzində hansı hədəflərinin olduğu barədə sualı belə cavablandırıb: "Jilina"da əsas heyətə düşmək, avrokuboklarda oynamaq istəyirəm. Azərbaycan millisi ilə bağlı ümidlərim böyükdür. Hazırda qrupumuzda 3-cü pillədəyik. Rusiyada keçiriləcək Dünya Çempionatının final mərhələsində oynamaq üçün yaxşı şanslarımız var. Bütövlükdə hamımız və ayrılıqda özüm üçün bu, böyük, vacib hadisə olardı".




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info