Aİ neftə olan tələbatının 5 faizini Azərbaycanın hesabına ödəyir
Tarix: 16.02.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Şefçoviç:
““Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyi strategiyasının əsas prioritetlərindən biridir”

Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi strateji təşəbbüsdür. Bunu "Caspian Energy News" jurnalına müsahibəsində Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi strategiyasının əsas prioritetlərindən biridir. "Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşlarından biridir. Hazırda Avropa İttifaqı neftə olan tələbatının 5%-ni Azərbaycanın hesabına ödəyir. Lakin "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolu artacaq. Layihənin nəzərdə tutulan vaxtda icra olunması olduqca əhəmiyyətlidir".
Şefçoviç qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin icrasını koordinasiya etmək üçün Azərbaycan Prezidenti Məşvərət Şurasını təsis edib. Məşvərət Şurasının növbəti iclası cari il fevralın 23-də baş tutacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info