Şimali Koreya liderinin qardaşının zəhərlənərək öldürüldüyü ehtimal edilir
Tarix: 16.02.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Şimali Koreya lideri Kım Çen Inın qardaşı Kim Çen Namın zəhərləndiyi maddə sianiddən daha təsirli olub. Bu barədə Honkonqun “Dunfan” portalı məlumat yayıb.
Fevralın 13-də Malayziyanın hava limanında KXDR liderinin qardaşı Kim Çen Nama sui-qəsd edilib. Müxtəlif versiyalara görə, ona zəhərli iynə sancılıb, yaxud üzərinə toksik maye çilənib və ya xüsusi maddə hopdurulmuş tampon atılıb. “Polis, həmçinin “xüsusi qadın agentlərin” sui-qəsd zamanı istifadə etdikləri zəhərli maddənin sianiddən daha təsirli olduğunu təsdiqləyib”, - portal belə yazır. Təhqiqatçılar Kim Çen Namın cinayət yerindən taksi ilə qaçmağa nail olan iki qadın tərəfindən zəhərləndiyini bildirirlər. Cənubi Koreya kəşfiyyatı cinayətkarların, hələ ki, Malayziyada olduğunu, Yaponiyalı mütəxəssislər şübhəlilərin öldürülərək aradan götürüldüyünü güman edir. ABŞ isə Kim Çen Namın Şimali Koreyanın xüsusi xidmət orqanlarının əli ilə qətlə yetirildiyinə əmindir. Malayziyanın paytaxtı Kuala-Lumpurda mərhumun cəsədinin yarılması və ölüm səbəbinin müəyyən olunması planlaşdırılır. Bir qədər əvvəl, Selanqor ştatının kriminal təhqiqatlar bölməsinin rəhbəri Fədzi Əhməd Malayziyanın “The Star” qəzetinə müsahibəsində Kim Çen Namın başgicəllənməsi şikayəti ilə uçuş zalının əməkdaşlarına müraciət etdiyini deyib. “O, kiminsə arxadan yaxınlaşaraq üzərinə maye çilədiyini bildirib. Hava limanının tibb məntəqəsinə gətirilən Namın başağrısı şiddətlənib və o, xəstəxanaya aparılarkən yolda keçinib”, - deyə Fədzi Əhməd əlavə edib. Kim Çen Nam KXDR-nın keçmiş lideri Kim Çen İrin aktrisa Son Xe Rimdən olan oğludur. Bir vaxtlar o, Kim Çen İrin mümkün varisi hesab edilsə də, 2001-ci ildə saxta sənədlə Yaponiyaya keçmək istəyərkən baş verən insidentdən sonra atasının qəzəbinə tuş gəlib. Bundan sonra ali dövlət postuna varislikdən məhrum olunan Kim Çen Nam vətənini tərk edərək Makao şəhərinə köçüb və burada bizneslə məşğul olmağa başlayıb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info