“ABŞ dünya lideri statusunu itirir”
Tarix: 16.02.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Federika Moqerini: “Mən indiyə qədər ABŞ-ı bu qədər bölünmüş və münaqişələr yükü altında əziyyət çəkən görməmişdim”

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ABŞ-ın dünyadakı liderlik statusunu itirməsi ehtimalından bərk narahatlıq keçirdiyini dilə gətirib. Bir müddət əvvəl Vaşinqtona etdiyi səfərlə bağlı “Die Welt” nəşrinə açıqlama verən siyasətçi xanım maraqlı fikirlər səsləndirib:
“Mən indiyə qədər ABŞ-ı bu qədər bölünmüş və münaqişələr yükü altında əziyyət çəkən görməmişdim. Lakin unutmaq lazım deyil ki, dünyanın qlobal lideri rolunu oynamaq istəyən dövlət daxildən güclü, inamlı və birləşmiş olmalıdır”. İtaliyalı siyasətçi xanım gələcəkdə ABŞ və Avropa arasında praqmatik münasibətlərin hakim olacağını istisna etməyib: “Biz ABŞ-la münasibətlərimizdə artıq yeni mərhələyə daxil oluruq. Ona görə də bizdə olan oxşarlıqları başa düşmək üçün hər bir mövzu qarşılıqlı şəkildə müzakirə edilməlidir. Amma bundan sonra Avropa Birliyi ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq hər tərəfin öz maraqları çərçivəsində sövdələşmə xarakterli həyata keçiriləcək. Daha "paket tənzimləmə” olmayacaq”. Moqerini Avropa Birliyi ilə ABŞ-ın fərqli mövqe nümayiş etdirmələrini faciə kimi dəyərləndirməyib. Xatırladaq ki, bu həftəsonu ABŞ-ın yeni administrasiyası nümayəndələrinin Avropaya rəsmi səfərləri planlaşdırılıb. Pentaqon rəhbəri Ceyms Mattisin NATO-dakı həmkarları ilə görüşü xüsusi əhəmiyyət kəsb edəcək. Bundan əlavə, Bonnda “Böyük iyirmiliyin” ABŞ Dövlət Departamentinin rəhbəri ilə də görüşü gözlənilir.

Peskov:
“Donald Trampın komandasının Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması barədə məlumatlar heç bir fakta əsaslanmır”

Münhendə keçiriləcək təhlükəsizlik məsələləri ilə bağlı konfransa isə ABŞ-ın yeni vitse-prezidenti Maykl Pensin qatılacaq. Yeri gəlmişkən onu da qeyd edək ki, Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinnlə bağlı qalmaqal səngimək bilmir. Ağ Evin nümayəndəsi Şon Spayser bildirib ki, ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinnə Rusiya səfiri Sergey Kislyakla sanksiyaların uzadılması məsələsinin müzakirə olunmasına dair heç bir göstəriş verməyib. Spayserin sözlərinə görə, Tramp artıq Flinnə olan etibarını itirsə də, onun hərəkətlərini qanun pozuntusu kimi qəbul etmir. Donald Tramp bundan əvvəl Maykl Flinin istefasına səbəb olmuş Vaşinqtonun məxfi məlumatlarının mətbuata sızdırılmasından narazılıq ifadə edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Donald Trampın komandasının Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması barədə məlumatlar heç bir fakta əsaslanmır: "Səhər qəzetlərini oxumayın. Xatırlayırsınızsa, bu, mənim sözüm deyil. Ona görə də, gəlin qəzet xəbərlərinə inanmayaq. Çünki indi həqiqəti şayiədən ayırmaq çox çətindir". Peskov əlavə edib ki, həmin məlumatlarda 5 müxtəlif mənbələrə istinad edilir, lakin onlardan heç birinin adı çəkilmir: "Yəqin ki, bu insanların kimliyi barədə hansısa məlumat var. Yəqin ki, vaxt gələcək, kimsə bu barədə açıq-aşkar danışacaq. Gəlin, həmin vaxtı gözləyək, yalan məlumata inanmayaq. Bu, qəzet xəbəridir, hansı ki, heç bir fakta əsaslanmır". Qeyd edək ki, "Nyu-York Times" nəşri adı çəkilməyən amerikalı məmurlara istinadən Donald Trampın köməkçilərinin prezident seçkiləri ərəfəsində Rusiya kəşfiyyatının yüksəkvəzifəli şəxsləri ilə telefonla danışdıqlarını iddia edib. O də bəlli olub ki, ABŞ Federal Təhqiqatlar Bürosu Maykl Flinni Rusiya səfiri ilə danışıqlar apardığına görə dindirib. Flinnin FTB-yə verdiyi ifadələrin yalan olması müəyyən ediləcəyi təqdirdə o, cinayət məsuliyyətinə cəlb olunacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info