Ukraynada enerji böhranı: iki həftədən sonra fövqəladə vəziyyət elan ediləcək
Tarix: 16.02.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Donbas və Luqanskdan kömürün gətirilməsi dayanıb, 10 stansiya bu həftəsonu işini dayandıracaq, cəmi 927 ton ehtiyat qalıb

Rusiya ilə ABŞ-ın yeni administrasiyası arasında Krımla bağlı gərginlik yarandığı bir vaxtda Ukrayna daha bir böhranla üz-üzə qalıb. Ölkə enerji böhranının astanasındadır. Donbasda yaranan vəziyyət, rəsmi Kiyevin həmin bölgəyə müdaxilə imkanının olmaması Dondasdan kömürün gətirilməsinin qarşısını alıb. Bu isə istilik stansiyalarının işinin dayanması ilə nəticələnə bilər.
Ekspertlər bildirirlər ki, həmin stansiyaların 10-u bu həftəsonu fəaliyyətini dayandıracaq. Ukrayna Energetika Nazirliyi bu məsələ ilə bağlı fövqəladə vəziyyət elan etməyə hazırlaşır. Baş nazir Qroysman etiraf edib ki, separatçı rejim yaratmış Donbas və Luqanskdan gətirilən kömürə alternativləri yoxdur. Enerji naziri İqor Nasalik Donbas kömüründən imtina etmək üçün ən azı iki il vaxt lazım olduğunu deyib. Onun sözlərinə görə, bu gün Ukrayna elektrik stansiyalarının 927 ton ehtiyatı var. Gündəlik istifadə isə 40 tondur. Bu ehtiyat 14-15 sutka ərzində tükənəcək. Ona görə də təxminən iki həftədən sonra Ukrayna enerji böhranı yarana bilər.

“Ukrayna Donbas münaqişəsinə görə, demək olar ki, kömür ehtiyatlarının böyük əksəriyyətinə nəzarəti itirib. Ən çox ehtiyata malik və ən çox kömür əldə edilən şaxtalar nəzarət edilməyən ərazilərdə qalıb. Hakimiyyətin nəzarətində olan şaxtalar rentabelli deyil”

Bu məsələ ilə bağlı xüsusi qərargah yaradılıb və hökumət iki həftədən sonra elan edilməsi nəzərdə tutulan fövqəladə vəziyyət rejiminə hazırlaşır. Artıq bununla bağlı plan tərtib olunur. Kiyev hakimiyyətinin məsələyə müdaxilə etmək imkanı, demək olar ki, yoxdur. Separatçı Luqanks rejiminin rəhbəri İqor Plotniçki Kiyevə kömür çatdırılmasının bərpa olunacağını istisna etməyib. Amma bunun üçün bölgənin nəqliyyat blokadasının aradan qaldırılması vacibdir. Ukrayna Donbas münaqişəsinə görə, demək olar ki, kömür ehtiyatlarının böyük əksəriyyətinə nəzarəti itirib. Ən çox ehtiyata malik və ən çox kömür əldə edilən şaxtalar nəzarət edilməyən ərazilərdə qalıb. Hakimiyyətin nəzarətində olan şaxtalar rentabelli deyil. Ekspert Dmitri Juravlev bildirib ki, indiyə qədər Donbasdan Kiyevə kömür çatdırılmasında heç bir problem olmayıb. Amma Kiyev özü blokadaya başlamaqla bu prosesi pozub. Ekspert bildirib ki, Kiyev hakimiyyəti bu addımı məqsədli şəkildə seçib və sadə xalqın soyuqdan donmaqdan başqa, çıxış yolu yoxdur: “Qərb dövlətləri də bunu yaxşı bilir. Ona görə də Ukraynanın Avropa strukturlarına inteqrasiyasını tormozlayırlar. Onlara ac və soyuqdan donan ölkə heç assosiativ üzv kimi də lazım deyil”. Situasiya hər an vəziyyətdən çıxa bilər. Müxtəlif radikal qruplar məsələni birdəfəlik həll etməyə çağırış edirlər ki, bu da böyük savaşa səbəb ola bilər. Baxmayaraq ki, Kiyev bu qruplarla bağlı vəziyyətin tam nəzarətdə olduğunu düşünür. Radikal “Sağ sektor” qruplaşmasının bütün üzvlərinin münaqişə zonasından çıxarıldığı bildirilsə də, Donbasda belə düşünmürlər. “The Washington Post” yazır ki, vəziyyət belə davam edərsə, radikallarla bağlı məsələ nəzarətdən çıxacaq. Nəşr Ukraynanın “odla oynadığını” qeyd edib. Radikal qrupun nümayəndələrindən biri ABŞ nəşrinə açıqlamasında bildirib ki, indiki Kiyev hakimiyyətinin siyasətindən razı deyillər və ölkədə yeni çaxnaşmalar baş verə bilər. Maraqlıdır ki, nəşr radikalların sırasında İtaliya və Hollandiyadan gəlmiş döyüşçülərin də olduğunu yazıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info