“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi
Tarix: 16.02.2017 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Müstəqil Azərbaycan dövləti elə bir tarixi-coğrafi məkanda yerləşir ki, dünyanın ən mühüm nəqliyyat dəhlizlərinin koridoru ölkəmizin quru və su ərazisindən keçir. Tarixi Böyük İpək Yolunun ərazimizdən keçməsi deyilənin ən bariz təsdiqidir. İqtisadi mənfəətin artırılması, qeyri-neft sektorunun canlandırılması, daxili sabitliyin qorunması, uğurlu xarici siyasətin aparılması, müstəqilliyin möhkəmləndirilməsi və dünya standartlarına cavab verən nəqliyyat infrastrukturunun yaradılması kontekstindən yanaşdıqda bu nəqliyyat dəhlizləri ölkəmizin dividendlərinin artmasında öz töhfəsini verəcək. Xəzərin qərb bölgəsində yerləşən Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həm su, həm də quru marşrutları ilə əhatələnib. Skandinaviya yarımadasından başlanan nəqliyyat dəhlizi Hindistan yarımadasında başa çatır.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş” Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb və 2002-ci il mayın 21-də qüvvəyə minib. Sonra Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə, Ukrayna respublikaları “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulublar. Azərbaycan Respublikası isə bu Sazişə 2005-ci il sentyabrın 20-də qoşulub.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Fars körfəzinə və Hindistana qədər uzanacaq ki, bu da Cənubi və Cənub-Şərqi Asiya ölkələri ilə Avropa ölkələri arasında daşımaların, yüklərin dəniz yolu ilə daşımalarına nisbətən daha qısa zaman kəsiyində və sərfəli qiymətlərlə həyata keçirilməsinə imkan yaradacaq.
Dəhlizin yaradılmasında əsas məqsəd yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazarına çıxışına şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, üzv-dövlətlərin ərazisi ilə tranzit yük və sərnişin daşımalarında vaxtın qısaldılması və tranzit daşımaların dəyərinin minimuma endirilməsini təmin etmək üçün razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsi və dəhliz boyunca hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasıdır.
Bu dəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir ki, buda öz növbəsində ölkəmizdə qeyri-neft sektorunun canlanmasında öz üstünlüyünü göstərəcək. Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisindən dəmir yolu ilə Samurdan Astaraya, daha sonra isə Azərbaycan dəmir yolları ilə İran dəmir yollarının birləşdirilməsini nəzərdə tutan yeni tikiləcək Astara(Azərbaycan)-Astara(İran)-Rəşt-Qəzvin dəmir yolu xətti ilə İran ərazisinə keçən dəmir yolu xətti dəhlizin Qərb marşrutunu təşkil edir.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolunun və avtomobil nəqliyyatının iştirakı nəzərdə tutulur ki, burada əsas amil kimi yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda və uzaq məsafəyə daşınması götürülür. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən dəmir yolu ilə yanaşı, avtomobil yolunu da əhatə edir.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən ildə 250-300 milyon dollar deməkdir. Bu dəhlizlə Cənub-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatdırılacaq. Təqribi hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dollardan çox vəsaitin qənaət edilməsi imkanı var. Finlandiyanın dəhlizə qoşulması isə nəqliyyat dəhlizinin potensialını daha da gücləndirəcək.
İstər “Şimal-Cənub” nəqliyyat dəhlizi, istərsə də Qərb-Şərq nəqliyyat dəhlizləri ölkəmizin iqtisadi potensialının artmasında, gəlirlərinin böyüməsində və beynəlxalq aləmdə söz sahibinə çevrilməsində mühüm əhəmiyyət kəsb edirlər.
Mahmud Sadıqov




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info