İnternetdə zərərli informasiyaların yayılmasının qarşısı alınacaq
Tarix: 16.02.2017 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova iclasın gündəliyinə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirib.
B.Muradova deyib ki, hər iki sənəd Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub: “Bu dəyişikliklər informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır. Düzəlişlər internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək”. Milli Məclis aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliyin internet informasiya resurslarından təhlükəsizliyin təmin edilməsi məqsədi daşıdığını nəzərə çatdırıb. Bunun üçün qanuna yeni fəsil, yeni maddələrin əlavə olunması təklif edilir. Beləliklə, internet informasiya resurslarının yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər tənzimlənəcək. İclasda qeyd edilib ki, “Telekommunikasiya haqqında” qanunda təklif edilən dəyişikliklər telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı yönəlmiş elektron təhlükələrin, gələcəkdə baş verəcək kiberhücumların qarşısını almaq üçün ölkədə internet xidməti göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək məqsədi daşıyır. İclasda iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə hər iki qanun layihəsinin ölkədə ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verəcəyini vurğulayıb. Komitə üzvləri qanun layihələrini məqsədəuyğun hesab ediblər. Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info