Əli Əhmədov: “Dağlıq Qarabağda planlaşdırılan “referendum“ Ermənistanın növbəti təxribatıdır”
Tarix: 16.02.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


“Bütün dünya - istər ölkələr, istərsə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır”. Bunu baş nazirin müavini Əli Əhmədov Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi referenduma münasibət bildirərkən deyib. Ə. Əhmədov bildirib ki, problemin bu günə qədər həll olunmaması dünyanın bu yanaşmasının dəyişməsi anlamına gəlmir: “Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər. Azərbaycan xalqı və hökuməti Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezidentin də qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Azərbaycanın bir qarış torpağı da ondan qoparıla bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması müzakirə predmeti deyil, olmayıb və olmayacaq.
O ki qaldı ermənilər və ya kimlərinsə haradasa "referendum" keçirməsinə, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə, Dağlıq Qarabağın Azərbaycana adi olub-olmamasına heç bir aidiyyəti yoxdur. Kimlərsə gününü xoş keçirmək üçün bu "referendum"u keçirirsə, keçirsinlər. Təbii ki, Azərbaycan xalqı və hökuməti, beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli ilə məşğul olanlar bu "referendum"u tanımayacaq. Lakin bu "referendum" münaqişənin həlli istiqamətində atılan addımları bir qədər çətinə sala bilər. Bu, Ermənistan tərəfinin növbəti təxribatı kimi qiymətləndirilməlidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb
25.06.2019
Azərbaycanlı deputat AŞ PA-nı Ermənistana qarşı sərt addımlar atmağa çağırıb
25.06.2019
İcma sədri Ermənistan XİN rəhbərinə cavab verib
25.06.2019
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info