Baş nazirin müavini: “Süni qiymət artımı ilə daha çox qazanc əldə olunması yolverilməzdir“
Tarix: 16.02.2017 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini Əli Əhmədov mətbuat nümayəndələrinin iştirakı ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə mağazada monitorinq aparıb. Monitorinqin məqsədi ərzaq məhsullarının qiymətlərinin nəzərdən keçirilməsidir.
Baş nazirin müavini bildirib ki, hökumətin apardığı siyasətin ümdə vəzifələrindən biri ərzaq məhsullarının qiymətinin süni sürətdə artırılmaması üçün addımların atılmasıdır: "Biz bu gün ərzaq məhsullarının satışı ilə məşğul olan iki mağazada olduq. Məqsəd ondan ibarət idi ki, mətbuatda ərzaq məhsullarının qiymətinin artması ilə bağlı gedən söz-söhbətlərə aydınlıq gətirməkdir. Əhalinin keyfiyyətli və münasib qiymətli ərzaq məhsulları ilə təmin edilməsi, təchiz edilməsi hökumətin siyasətində ən əsas yerlərdən birini tutur. Mağazalarda gördüklərimiz və bizə verilən məlumatlar belə deməyə əsas verir ki, mətbuatda geniş müzakirələrin aparılmasına rəğmən ticarət mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur. Hökumət qiymətlərin süni sürətdə artırılmasının qarşısını alır. Hesab edirəm ki, süni surətdə qiymət artımına yol vermək əhalinin ailə büdcəsinə mənfi təsir edir ki, bu da yolverilməzdir".
Ə. Əhmədov qeyd edib ki, ərzaq məhsulları arasında daxili istehsala əsaslananlar üstünlük təşkil etməyə başlayıb: "Bu, sevindirici haldır. Bu, o deməkdir ki, Azərbaycanın ərzaq bazarında idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalır. Azərbaycanın ərzaq məhsullarına olan ehtiyacın böyük hissəsi daxili istehsal hesabına ödənilir. Beləliklə, qiymətlərin artırılması üçün obyektiv əsas mövcud deyil. Manatın məzənnəsindəki məlum dəyişikliklər ölkə daxilində istehsal olunan malların qiymətlərinə təsir etməyəcək".
Onun sözlərinə görə, monitorinqin aparılması istehlakçılara və sahibkarlar üçün bir siqnal olacaq. "Təbii ki, sahibkarların daha çox qazanc əldə etmələrinə qarşı deyilik. Amma daha çox qazanc əldə etməyin başqa yolları var. Daha çox və aşağı qiymətə məhsul sataraq da yaxşı qazanc əldə etmək mümkündür. Bizim sahibkarlar bu biznes fəlsəfəsini nə qədər çox mənimsəsələr, bir o qədər məhsulların qiymətlərinin süni surətdə artırılması problemi öz həllini tapacaq", - deyə o bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info