“Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”
Tarix: 16.02.2017 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


“Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”.
 
Bu sözləri Dünya Turizm Forumunun İstanbulda keçirilən III beynəlxalq toplantısının açılışındakı çıxışında Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, indi dünyada tam təhlükəsiz ölkə yoxdur: “Terror hər yerdə var - Orta  Şərqdə də, Avropada da, ABŞ-da, Uzaq Şərqdə də. Biz terrordan qorxmamalıyıq, terrordan qorxsaq, onu törədənlərin çörəyinə yağ yaxarıq. Bu gün ABŞ və Avropa nə qədər təhlükəsizdirsə, Türkiyə də o qədər təhlükəsizdir, Paris nə qədər təhlükəsizdirsə, İstanbul da o qədər təhlükəsizdir, Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”.
 
Baş nazir son 15 ildə Türkiyədə turizm və nəqliyyat sektorlarının inkişafı və ölkədə həyata keçirilən infrastruktur layihələri barədə geniş məlumat verib. İldə 160 milyon sərnişini qəbul edib, yola salacaq yeni İstanbul aeroportunun ilk bölümünün 2018-ci ilin fevralında açılacağını nəzərə çatdıran B. Yıldırım, turizmin inkişaf etdirilməsi üçün tarixi mirasların bərpasının önəmini qeyd edib. O, hökumətin turizmə, nəqliyyata və infrastruktur layihələrinə dəstəyinin davam edəcəyini vurğulayıb.
 
Qeyd edək ki, iştirakçılar arasında Azərbaycanın mədəniyyət  və turizm naziri Əbülfəz Qarayev, Benin, Zimbabve, Qana, Somali, Türkmənistan, Qırğızıstan, Kamboca, Türkmənistan, Özbəkistan, Rusiya və digər ölkələrin turizm və mədəniyyət sahəsindəki dövlət idarəçiləri var. Toplantı 2 gün davam edəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info