YAP “Neft Daşları NQÇİ“ ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
Tarix: 16.02.2017 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birinci konfransına hazırlıqla əlaqədar olaraq hesabat-seçki yığıncaqları davam edir. Növbəti hesabat-seçki yığıncağı əfsanəvi Neft Daşlarında Yeni Azərbaycan Partiyası Pirallahı rayon “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi qeyd edib ki, hesabat dövründə partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən xeyli artıb. Yığıncaqda çıxış edən Hikmət Şikarov, Rauf Məmmədov, Ələddin Budaqov, Məzahir Kazımov və başqaları ərazi ilk partiya təşkilatının qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildiriblər. Hesabat-seçki yığıncağının iştirakçıları ərazi ilk partiya təşkilatının ötən ildəki fəaliyyətini qənaətəbəxş qiymətləndirib. Partiya üzvlərinin açıq səsverməsi ilə Q.Mahmudov yenidən ərazi ilk partiya təşkilatının sədri seçilib. Həmçinin ərazi ilk partiya təşkilatının işini səmərəli təşkil etmək üçün 2 sədr müavini, 15 nəfərdən ibarət idarə heyəti və YAP Pirallahı rayon təşkilatının birinci konfransında iştirak etmək üçün 15 nəfərdən ibarət nümayəndə seçilib. Sonra bir qrup yeni qəbul olunmuş partiya üzvünə üzvlük vəsiqələri təqdim edilib. Yığıncağın sonunda çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yarandığını bildirib. M.Manafov yeni seçilmiş heyəti təbrik edərək yığıncaq iştirakçılarına çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info