Uşaq musiqi və incəsənət məktəblərinə dəstək davam edir
Tarix: 16.02.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin iş planına uyğun olaraq müəssisənin əməkdaşları uşaq musiqi və incəsənət məktəblərinə elmi-metodiki kömək göstərmək məqsədilə Ağdaş və Göyçay rayonlarına ezam olunublar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bölgələrdə ardıcıl keçirilən tədbirlərdə həmin rayonların uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird heyəti iştirak edib. Geniş fikir mübadiləsi ilə keçən tədbirlərdə məktəblər arasında əlaqələrin inkişafı, tədrisin səviyyəsinin yüksəldilməsi məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Metodiki kömək çərçivəsində məktəblərin rəhbərlərinə Elmi-Metodiki Mərkəz tərəfindən keçirilən tədbirlər, görülən və qarşıda duran işlər barədə məlumat verilməklə yanaşı, həm də yeni tədris proqramları və metodiki vəsaitlər təqdim olunub.
Həmçinin mərkəzin iş planına uyğun olaraq Göyçay rayonunda yerləşən mədəniyyət müəssisələrində İKT potensialının istifadəsi ilə bağlı səyyar seminarlar da təşkil olunub.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin sektor müdiri Toğrul Hidayətzadə mədəniyyət müəssisələrində internetdən və “İnternet Explorer” proqramından istifadə qaydaları haqqında ümumi məlumat verib.
Seminar çərçivəsində iştirakçıların İKT və təbliğat sahəsində sualları cavablandırılıb, bu sahəyə aid bəzi tövsiyə və tapşırıqlar verilib.
“Mədəniyyətin təbliğində “Facebook” sosial şəbəkəsinin rolu və təhlükəsiz istifadə qaydaları”, həmçinin “Mədəniyyət müəssisələrində İKT-nin tətbiqi üzrə ilkin biliklər” adlı metodiki vəsaitlər də iştirakçılara təqdim olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info