Elman Nəsirov: “Məcburi köçkünlərlə bağlı fərman Prezidentin sosial siyasətinin təzahürüdür”
Tarix: 16.02.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Bəzi məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərman Prezident İlham Əliyevin sosial siyasətinin təzahürüdür.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, bu fərman bir daha ölkə prezidentinin öz sosial siyasətini davam etdirdiyini təsdiqlədi:
"Bundan əvvəl dövlət başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına vəsaitlər ayırdı. Bunlar onu göstərir ki, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, həyat şəraitinin normallaşdırılması hər zaman Prezidentin diqqət mərkəzindədir. Bu il yanvarın 23-də dövlət başçısının imzaladığı sərəncamla məcburi köçkün və onlara bərabər tutulan şəxslərin hər birinə yemək və kommunal xərclər üçün aylıq 36 manat müavinət təyin edildi. Bundan sonra isə Prezident məskunlaşdığı ərazilərdə sayğacların quraşdırılması mümkün olmayan məcbuiri köçkünlərin kommunal xidmətlərinin onlar yeni yaşayış məntəqələrinə köçürülənə qədər dövlət hesabına ödənilməsi barədə fərman imzaladı. Yəni, yataqxanalarda, pansionatlarda, yarımçıq tikililərdə və digər qeyri-yaşayış yerlərində məskunlaşan məcburi köçkün və onlara bərabər tutulan ailələrin kommunal xidmət haqları yenə də dövlət hesabına ödəniləcək. Hesab edirəm ki, bu, Azərbaycan Pprezidentinin məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı mühüm addımıdır".
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info