Xalqın lideri
Tarix: 11.04.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyev – 90

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Heydər ƏLİYEV

Hər bir millətin tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması başlıca şərtlərdəndir. XX əsrdə xalqımızın bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyət - ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq xalqın əbədi və tükənməz sevgisini qazanıb.

Hakimiyyətdə olduğu 34 il müddətində ulu öndər xalqının, Azərbaycanın tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.
Ötən əsrin 50-ci illərindən etibarən Azərbaycanın inkişaf mərhələsində yeni eranın başlanğıcı qoyuldu. Həmin dövr ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki ölçüyəgəlməz rolu və xidmətləri ilə səciyyəvidir. Ulu öndər hələ ötən əsrin 60-80-ci illərində gələcək müstəqilliyimiz üçün siyasi, iqtisadi və intellektual təməl hazırlayırdı. 1969-cu ildə onun hakimiyyətə gəlişi Azərbaycanda milli-mənəvi intibah prosesinin əsasını qoydu. Həmin illərdə yaradılmış iqtisadi infrastruktur və güclü kadr potensialı bugünkü müstəqil Azərbaycanın inkişafının əsası olmuşdur.
Ulu öndər Heydər Əliyev 25 ildən artıq müddətdə təhlükəsizlik orqanlarında çalışmış və 1967-69-cu illərdə bu orqana rəhbərlik etmişdir. Dövlət təhlükəsizlik orqanlarında əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-64-cü illərdə, xüsusən də bu qurumun rəhbərliyinə irəli çəkildiyi 1965-1969-cu illərdə artıq Azərbaycanın təhlükəsizlik strukturunun milli prioritetlərini müəyyən etməyə başlamışdır. Bu orqanlara azərbaycanlı kadrların cəlb edilməsi və irəli çəkilməsi ilə gə­ləcək milli xüsusi xidmət orqanının formalaşması üçün zəmin yaradılmışdır. Məhz ulu öndər Heydər Əliyevin dönmədən apardığı bu siyasət nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artırıldı. Bununla da milliləşdirilmənin əsası qoyuldu. Azərbaycan xüsusi xidmət orqanlarının milliləşdirilməsini böyük uğur hesab edən Heydər Əliyev deyirdi: “Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq olurdu”.
İkinci dəfə müstəqilliyini bərpa etməsinin ilk illərində tamamilə məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycan Respublikasında hər sahədə ciddi dönüşə, inkişafa yalnız xalqın təkidli tələbi ilə ulu öndər hakimiyyətə qayıtdıqdan sonra nail olundu. Erməni təcavüzünün qarşısının alınması, cəbhə xəttində atəşkəs rejiminin bərqərar olunması, qeyri-qanuni silahlı birləşmələrin tamamilə ləğv edilməsi, hakimiyyəti silahlı yolla devirmək ənənəsinə birdəfəlik son qoyulması müstəqil Azərbaycanın həyatında, sürətlə demokratik-hüquqi və sosial-iqtisadi islahatlar istiqamətində inkişafın tamamilə yeni mərhələsinin başlanmasına səbəb oldu.
Ümummilli lider Heydər Əliyev dühası sayəsində eyni zamanda milli iqtisadiyyatın dirçəldilməsi, xarici investorları Azərbaycana cəlb edilməsi üçün geniş beynəlxalq imkanlar və əlaqələr yaradıldı. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan mühüm neft-qaz layihələri Heydər Əliyevin neft strategiyasının təntənəsi, Azərbaycanın xoşbəxt gələcəyinin və qüdrətinin möhkəm bazası və möcüzəli açarıdır. Bu mənada, Azərbaycanın hazırda nəinki region, hətta dünyada iqtisadi inkişaf sürətinə görə lider mövqeyinə çıxmasının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş və möhkəmləndirilmişdir.
Xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsidir. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.
Zəngin və mənalı həyatının böyük bir hissəsini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə daim xüsusi xidmət strukturlarına diqqət və qayğısını əsirgəməmiş, digər dövlət qurumlarında olduğu kimi, bu sahənin də inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, Heydər Əliyevin adı ilə bağlı olan və sözün əsl mənasında Azərbaycanın milli maraqlarına xidmət edən milli təhlükəsizlik orqanlarının yenidən formalaşdırılması prosesində növbəti mərhələ ulu öndərin ölkənin siyasi rəhbərliyinə növbəti qayıdışı ilə - 1993-cü ildən başlamışdır. Milli təhlükəsizlik orqanlarının fəaliyyətində dönüş mərhələsi olan bu dövrün ən əsas nəticəsi kimi bütövlükdə ölkənin təhlükəsizliyinə etibarlı zəmin yaradılması xüsusi qeyd edilməlidir.
Müstəqil Azərbaycanın mühüm dövlətçilik təsisatlarından olan milli təhlükəsizlik orqanlarında yüksək ixtisaslı, peşəkar kadrlara həmişə ehtiyac olub. Öz dövlət müstəqilliyini ikinci dəfə bərpa edən Azərbaycanda da milli təhlükəsizlik orqanları üçün peşəkar kadrlara ehtiyac duyulduğundan xüsusi təyinatlı bir məktəbin yaradılması zərurəti meydana çıxmışdı. 1998-ci il dekabrın 1-də ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla peşəkar kadrlar hazırlayacaq ali təhsil ocağının - Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təməli qoyuldu. Ümummilli lider Heydər Əliyev deyirdi: “MTN üzərinə düşən vəzifələri yerinə yetirmək üçün öz peşəkarlıq fəaliyyətini, təcrübəsini daha da artırmalıdır. Bilikli, gənc, müasir tələblərə cavab verən kadrlar hazırlanmalıdır... Güman edirəm ki, MTN-in Akademiyası tezliklə fəaliyyətə başlayacaqdır və bu vəzifənin yerinə yetirilməsi üçün öz xidmətlərini göstərəcəkdir...Ancaq sədaqətli, bilikli, peşəkar kadrlar hazırlanmalıdır”. 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Heydər Əliyev adına xüsusi təqaüd təsis edildi, 2005-ci ildə isə bu xüsusi təyinatlı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ulu öndər Heydər Əliyevin adı verildi.
Ümummilli lider Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycan xalqının tarixində əsrlər boyu bir örnək olaraq qalacaq. Bundan sonrakı nəsillər dahi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq, fədakarlıqla milli maraqlara və manafelərə xidmət irsindən daim bəhrələnəcəklər.
Ulu öndərin Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunması və möhkəmləndirilməsi, ölkəmizin qüdrətlənməsi, daha da inkişaf etdirilməsi istiqamətində müəyyənləşdirdiyi siyasi kurs bu gün dövlət başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və praqmatik fəaliyyəti sayəsində yeni məzmun və məna kəsb edir. Xalqının mütləq dəstəyini və rəğbətini qazanmış Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin tərəqqisi naminə bütün istiqamətlərdə inamlı və uğurlu fəaliyyəti Heydər Əliyev milli və dövlətçilik siyasətinin təntənəsidir.
T.QULİYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info