İsa Həbibbəyli: “Almaz” pyesinin yeni quruluşda təqdimatı ölkə teatrının daha bir uğurudur”
Tarix: 16.02.2017 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun, Azad həmkarlar təşkilatının və Alimlər Evinin təşkilatçılığı ilə görkəmli yazıçı-dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının “Almaz” pyesi yeni quruluşda nümayiş olunub.
Tamaşaya baxışdan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə formalaşmış teatr ənənələrindən, bütün sahələr kimi teatra da göstərilən hərtərəfli dövlət qayğısından danışıb. AMEA ilə Milli Dram Teatrının artıq ənənə şəklini almış əməkdaşlığından söhbət açan akademik İsa Həbibbəyli davamlı olaraq üçüncü bir tamaşanın da hazırlanıb yeni quruluşda təqdim olunmasını əlamətdar hadisə adlandırıb. Keçən ilin sonlarında Cəlil Məmmədquluzadənin “Ölülər”, eləcə də Hüseynbala Mirələmovun “Vəsiyyət” əsərlərinin müvəffəqiyyətli səhnə tamaşasından sonra “Almaz” pyesinin də fərqli səhnə tərtibatı, təcrübəli aktyor heyəti barədə fikirlərini bildirən akademik İsa Həbibbəyli müstəqillik işığında səhnəyə çıxarılan “Almaz” pyesinin yeni quruluşda təqdimatını ölkə teatrının daha bir uğuru kimi səciyyələndirib. Akademik İsa Həbibbəyli əsərin ideyası, müasirlik baxımından təhlili məsələlərindən geniş bəhs edərək Akademiya ilə Dram Teatrı arasında müvəffəqiyyətlə aparılan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azərpaşa Nemətov birgə səmərəli əməkdaşlığa və tədbirdə alim və tədqiqatçıların yaxından iştirakına şərait yaratdığına görə AMEA rəhbərliyinə dərin minnətdarlığını ifadə edib.
Yeni quruluşda nümayiş olunan “Almaz” tamaşasını Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, AMEA-nın humanitar və ictimai elmlər üzrə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əməkdaşları izləyiblər.
Uzun illərdən sonra yeni quruluşda təqdim olunan tamaşada iştirak edən aktyor heyəti rolları böyük ustalıqla ifa ediblər. Eyni zamanda, əsərin məğzi fonunda cərəyan edən hadisələr tamaşaçı kütləsinə professional şəkildə çatdırılıb. Tamaşa aktyor oyunu, rejissor düşüncəsi, musiqi məziyyəti, gözəl dekorasiyası və bir sıra xoşməramlı üstünlükləri ilə maraq doğurub, böyük alqışlarla qarşılanıb.
Qeyd edək ki, iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi  AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovdur. Yeni səhnə əsərinin müəllifi Xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info