“Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”
Tarix: 17.02.2017 | Saat: 01:04:00 | E-mail | Çapa göndər



Dünya Turizm Forumu çərçivəsində 35 kateqoriya üzrə sektorun ən yaxşılarına turizm mükafatları təqdim ediləcək

Dünya turizminə istiqamət verən liderlərin bir araya gəldiyi Dünya Turizm Forumu başlayıb. İstanbul Konqres Mərkəzində 3 gün davam edəcək forum 20-yə yaxın ölkənin turizm naziri, dünya turizminə istiqamət verən şirkətlərin rəhbərləri, sektor sərmayəçiləri, qeyri-hökumət təşkilatları, alimlər və əhəmiyyətli turizm yazarlarının da aralarında olduğu 3 mindən çox iştirakçını bir araya gətirib.
Forumda çıxış edəcək natiqlər arasında “Facebook” spikeri və “Zuckerberg Media”nın qurucusu Randi Zuckerberg, İngiltərənin eks xarici işlər naziri David Miliband və İngiltərə daxili işlər naziri olmuş Jack Straw, “Yandex”in direktoru Arkadiy Voloj, İsveçin ən böyük turizm təqdimat ofisi “Visit Stockholm”un direktoru Tomas Andersson və sosial mediada yayımlanan illüziya videolarıyla bütün dünyada məşhur olan Zach King də iştirak edir.

Turizm sektoru dünyada xidmət sektoru arasında birinci sıraya yüksəlib
Forumun açılışında çıxış edən Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, turizm bütün ölkələrin iqtisadi, mədəni inkişafları baxımından çox əhəmiyyətli bir sektordur və bu baxımdan forumun turizm mövzusunda yeni üfüqlər açacağına inanıram. Baş nazirin sözlərinə görə, insanlar bir araya gəlib, danışarsa, arxasında gözəl xatirələr buraxarsa, savaş da olmaz: “Eləcə də qarışıqlıq, anlaşılmazlıq olmaz. Düşünün ki, siz daha əvvəl getdiyiniz bir ölkə haqqında qərar alma vəziyyətində qalsanız, əvvəl zehninizdə o ölkəni, oradakı xatirələrinizi canlandırarsınız. O baxımdan turizm sülh, qardaşlıq üçün çox əhəmiyyətli bir sektordur”. Baş nazir bildirib ki, 90-cı illərin sonundan bu yana inkişaflara baxdığımızda təəccüblü fərqlər görürük: “Bu mənada turizm sektoru dünyada xidmət sektoru arasında birinci sıraya yüksəlmiş vəziyyətdədir. Beynəlxalq turizmdə bu, təəccüblü inkişaf, beynəlxalq təşkilatların orta və uzunmüddətli planlarında da əks olunur. 1980-ci ildə xarici ölkələrə turist məqsədilə səyahət edən ümumi ziyarətçi sayı 260 milyon ətrafında olub. Bu gün həmin rəqəm 1 milyard 200 milyona çatıb. Az qala, dünya əhalisinin beşdə biri başqa ölkəyə səyahət edir. 2030-cu il üçün Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının proqnozuna görə, turist sayı 2 milyarda yaxınlaşacaq. Dünya ölkələri olaraq bu dəyişməyə və inkişafa çatmaq, lazımlı tədbirləri almaq üçün bunu birlikdə reallaşdırmaq məcburiyyətindəyik. Ölkələr olaraq turizm sahəsində iş birliyini daha da möhkəmləndirməliyik”.
Baş nazir onu da qeyd edib ki, turizm sektorunda bir addım önə çıxmaq üçün başqa ölkələri etibarsız elan etmək istəyənlər var: “70-ci illərdə aviasiyanın mərkəzi Amerikada idi. 80-ci illərdə Avropanın qərbinə doğru gəldi. 90-cı illərdə Avropa oldu. 2000-ci illərdə artıq Şərqə doğru davam edir. Hazırda aviasiyanın mərkəzi Türkiyəyə yayılır”. Baş nazir bildirib ki, terrorun olmadığı yer yoxdur: “Terrordan qorxmaq, terrorla qorxutmaq ancaq terrorun, terroristlərin işinə yarayar. Onun üçün mən qürurlu və inamla deyirəm. Paris nə qədər təhlükəsizdirsə, İstanbul da o qədər təhlükəsizidir, Bakı nə qədər təhlükəsizdirsə, İzmir də o qədər təhlükəsizdir”.
Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı bildirib ki, turizm yalnız gəzmək, əyləncə sektoru deyil, eyni zamanda mədəni əlaqələrin də inkişafına zəmin yaradır: “O baxımdan ölkə başçısı Ərdoğanın bu günlərdə elan etdiyi, xüsusilə Avropada yaşayan türk vətəndaşlarına, soydaşlarına istiqamətli başlatdığı “Qonşunu al gəl” kampaniyasının və baş nazirin başlatdığı “Məmləkətin Hastasıyım” kampaniyası müsbət nəticələrə gətirib çıxaracaq. Bu konqres həm qlobal mənada dünya turizminin həm də ölkələrimizin hər birinin turizm sahəsindəki inkişaflarını birimizlə paylaşmamıza, yeni layihələrin inkişaf etdirilməsinə səbəb olacaq”.

“Türkiyə yalnız qonaq qəbul edən bir ölkə deyil”

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) sədri Başaran Ulusoy bildirib ki, turizm dünyanın ən çox inkişaf edən sektorlarından biridir: “Türkiyə yalnız gözləyən, qonaq qəbul edən bir ölkə deyil. 2000-ci ildə 568 min insan səyahət edərkən, 2016-cı ildə bu rəqəm 16 milyon 500 min olub. Bunun 9,5 milyonu xaricə səfər edib. Siyasi sabitliyin gətirdiyi iqtisadi sabitliklə vətəndaşlarımız gəzir, səyahət edir”. B.Ulusoy, Türkiyənin viza qoyulacaq bir ölkə olmadığını deyib: “2017-ci ildə yenə hədəflər qoyan və bu hədəflərə çatmağa çalışan bir turizm sektoru görəcəksiniz. Türkiyə etibarlı bir ölkədir”. Dünya Turizm Forumunun başçısı Bulut Bağcı keçən il reallaşdırılan forumun turizm ictimaiyyətində böyük əks-səda doğurduğunu, görülən işlərin turizm dünyası, Türkiyə üçün əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edək ki, iştirakçılar arasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, eləcə də Benin, Zimbabve, Qana, Somali, Türkmənistan, Qırğızıstan, Kamboca, Türkmənistan, Özbəkistan, Rusiya və digər ölkələrin turizm və mədəniyyət sahəsindəki dövlət rəsmiləri var. Forum çərçivəsində 35 kateqoriya üzrə sektorun ən yaxşılarına turizm mükafatları təqdim ediləcək. Turizmlə əlaqədar yeni yanaşmalar baxımından bütün dünyanın diqqətlə təqib etdiyi forum, Türkiyəyə 75 milyon dollarlıq bir iqtisadi gəlir qazandıracaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info