ABŞ kəşfiyyatı məxfi məlumatları Trampdan gizlədir
Tarix: 17.02.2017 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


ABŞ kəşfiyyat strukturları məxfi məlumatların bir hissəsini prezident Donald Trampdan gizləyir. Bu barədə “The Wall Street Journal” qəzeti keçmiş və indiki dövlət məmurlarına istinadən məlumat yayıb. Qəzet yazır ki, bəzi hallarda kəşfiyyat D. Trampa öz mənbələrini və məlumat toplama üsullarını açmaq istəməyib. Söhbət xarici dövlətlərin ABŞ kəşfiyyatı tərəfindən hansı üsullarla izlənməsindən gedir. Yazıda qeyd olunur ki, kəşfiyyat Trampdan əvvəlki dövrdə də bəzən öz mənbələrinin güvənliyi naminə bütün informasiyaları prezident və Konqreslə bölüşmürdü. Lakin ilk dəfədir ki, informasiyaların gizlədilməsi prezidentə etimadsızlıq və mümkün sızıntılardan ehtiyatlanmaqla bağlıdır. “The Wall Street Journal” hesab edir ki, yaranmış durum xüsusi xidmət orqanları ilə Tramp administrasiyası arasındakı etimadsızlığın nə qədər dərin olduğunu göstərir. Kəşfiyyatın qorxuları daha çox prezidentin ətrafındakı adamların Rusiya ilə əlaqələrindən, eləcə də Trampın kəşfiyyata qarşı mənfi münasibətindən qaynaqlanır. “Bu, prezidentlə kəşfiyyat xidmətləri arasındakı münasibətlərin indiyədək görünməmiş şəkildə mürəkkəbliyindən xəbər verir. Mən nə vaxtsa bu cür fikir ayrılığı gördüyümü xatırlamıram. Bu, ölkəmiz üçün heç də yaxşı deyil”, - deyə ABŞ kəşfiyyatının sabiq yüksək rütbəli əməkdaşı Mark Lovental bildirib. Xatırladaq ki, “The New York Times” qəzeti seçki kampaniyası dövründə Donald Trampın yaxın çevrəsindəki bəzi şəxslərin Rusiya ilə əlaqədə olduqlarına dair xəbər yayıb.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
“S-400“ün ikinci batareya materiallarının da təslimi tamamlandı
15.09.2019
Türkiyə Özbəkistanı dəstəkləyir
15.09.2019
Türkiyə və dünya ölkələri “Saudi Aramco”ya olan hücumu qınayıblar
15.09.2019
“Sarı jiletlilər” nümayişlərin 44-cü həftəsində yenə hökumətə qarşı etiraza çıxdılar
15.09.2019
Dronların hücumu nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info