Bəşər Əsəd Trampı haqlı sayır
Tarix: 17.02.2017 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


“Qaçqınların qəbulunun dayandırılması ilə bağlı fərmanı ekstremistlərə qarşıdır, sadə vətəndaşlara yox”
“Donald Trampın qaçqınların qəbulunun dayandırılması ilə bağlı fərmanı ekstremistlərə qarşıdır, sadə vətəndaşlara yox”. TASS-ın məlumatına görə, bunu Suriya prezidenti Bəşər Əsəd Fransanın “Europe-1” radiostansiyasına müsahibəsində deyib. Onun sözlərinə görə, fərman Qərbə keçmək istəyən terrorçulara qarşıdır: "Bu, artıq baş verib. Biz Avropada baş verənlərin şahidiyik. Məsələn, Almaniyada. Trampın məqsədi bu kimi insanların ölkəsinə gəlişini qadağan etməkdir”. Əsəd bildirib ki, onun əsas qayğısı suriyalı qaçqınları ölkəsinə qaytarmaqdır, onların ABŞ-a getmələri yox: "Suriya vətəndaşlarının başqa ölkələrə getməsi məni sevindirə bilməz. Onların əksəriyyəti terrora və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə ölkəni tərk edir". O, ABŞ prezidentini və digər Qərb liderlərini tətbiq etdikləri embarqonu aradan qaldırmağa və terrorçuları dəstəkləməməyə çağırıb. Xatırladaq ki, D. Tramp bu il yanvarın sonunda İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, o, qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info