“Görüşün ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada nüfuzlu ölkə olmasının göstəricisidir”
Tarix: 17.02.2017 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


“Əgər Rusiya və ABŞ-ın Azərbaycana marağı olmasaydı, ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Valeriy Gerasimov arasında görüş Bakıda baş tutmazdı. Bunu Milli Məclisin deputatı Rövşən Rzayev deyib. Bu görüşün Bakıda keçirilməsini çox yüksək dəyərləndirən deputat qeyd edib ki, görüşün ölkəmizdə keçirilməsi Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının, etimad göstərildiyinin təzahürüdür. R.Rzayev qeyd edib ki, Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir: "Bu siyasət, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik Azərbaycanı belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib". Milli Məclisin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib ki, belə bir görüşünün məhz Bakıda keçirilməsi ilk növbədə Azərbaycanın proseslərə öz müsbət təsirini göstərmək imkanını dünyaya nümayiş etdirir. Onun sözlərinə görə, görüşün Bakıda keçirilməsi çox mühüm hadisədir: “Bu görüşün Bakıda keçirilməsi Azərbaycan üçün çox müsbət haldır. ABŞ və Rusiya hərbçilərinin görüşü əslində bölgədə hər hansı xoşagəlməz halların qarşısını almağa xidmət edəcək”. Deputat hesab edir ki, belə bir görüşün Azərbaycanda baş tutmasının bir neçə səbəbi də var: “Görüşün Bakıda keçirilməsinin səbəbi onunla bağlıdır ki, Azərbaycan heç bir hərbi bloka üzv deyil. Azərbaycan ABŞ-ın tərəfdaşıdır və ABŞ-la bır sıra istiqamətlər üzrə əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycan həm də Rusiyanın tərəfdaşıdır. Azərbaycan Rusiya ilə əməkdaşlığa üstünlük verir. Azərbaycanın xarici siyasəti ümumiyyətlə, bütün bölgədə məsələləri məhz tərəfdaşlıq və əməkdaşlıq istiqamətində inkişaf etdirmək üzərində qurulub. Azərbaycan bunda çox maraqlıdır. Düşünürəm ki, bu məsələlər də görüşün məhz Bakıda keçirilməsinə imkan verib”.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info