Həmsədrlər 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər
Tarix: 17.02.2017 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Münhendə keçirilən təkbətək və birgə görüşünün yekunlarına dair bəyanat yayıblar. 
 
 ATƏT-in rəsmi saytında yer alan məlumata görə,  ATƏT-in Hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin də iştirak etdiyi görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub. Həmsədrlər münaqişənin dinc yolla həllinə alternativin olmadığını bir daha təsdiqləyərək, tərəfləri təmkinliyə, bəyanatlarında əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar. Həmsədrlər tərəfləri hərbi əməliyyatlara son qoyulmasının əsasını təşkil edən atəşkəsə dair 1994/95-ci il tarixli razılaşmalara riayət etməyə çağırıblar.     
 
Bəyanatda daha sonra deyilir:
 
"Həmsədrlər prezidentlərin 2011-ci ilin mayında Dovildə qəbul etdikləri birgə bəyanatları xatırladaraq, gücdən istifadənin yalnız əzab gətirəcəyini və beynəlxalq ictimaiyyət tərəfindən pisləniləcəyini qeyd ediblər. Həmsədrlər Vyana və Sankt-Peterburqda keçirilən yüksək səviyyəli görüşlərdə əldə olunan razılaşmaların icrası üçün görüləcək tədbirlərə dair tərəflərlə fikir mübadiləsi aparıblar.
 
Həmsədrlər nazirlərə çeviklik nümayiş etdirmək və mümkün qədər tez zamanda dayanıqlı həllə nail olmaq üçün hərtərəfli danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıblar. Həmsədrlər Ermənistan hakimiyyətinin Azərbaycan hərbçisinin meyitinin qaytarılması ilə bağlı son qərarını yararlı humanitar jest kimi qiymətləndiriblər. Hər iki ölkənin naziri bütün beynəlxalq humanitar öhdəliklərə, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan prezidentləri tərəfindən 2010-cu ilin oktyabrında imzalanmış Həştərxan Bəyannaməsi ilə üzərilərinə götürdükləri öhdəliklərə sadiqliklərini bir daha nümayiş etdirdilər. 
 
Həmsədrlər, 2017-ci il 20 fevral tarixində Dağlıq Qarabağda konstitusiyaya dair qondarma "referendum"un keçirilməsinin planlaşdırıldığı barədə məlumatlıdırlar. Həmsədrlər, Dağlıq Qarabağın de-fakto hakimiyyətinin bu prosedurdan əhalinin ictimai həyatını formalaşdırmaq cəhdi kimi istifadə etdiyini qeyd etsələr də, bir daha vurğulayırlar ki, Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır.
 
Buna görə də, həmsədrlər 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər. Həmsədrlər həmçinin qeyd edirlər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir.
 
Həmsədrlər cari ilin mart ayında regiona səfər etməyi planlaşdırırlar". 
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info