Regionlarda torpaq sahələrinin suvarılması üçün yeni su xətləri çəkiləcək
Tarix: 16.02.2017 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Anar Cəbrayıllı: “Əhaliyə qüvvədə olan standartlara uyğun içməli su verilir” 

Azərbaycanda su təchizatı ilə bağlı bir sıra vacib layihələr icra edilib və icra edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin. Bu gün “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) nəinki Bakıda, eyni zamanda respublikamızın bütün bölgələrində su layihələrini icra edir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı öz çıxışında “Azərsu” ASC-nin qarşısına qoyulan məqsəd haqda da danışaraq qeyd edib ki, bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələri tam icra edilsin: “Əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilsin. Biz bu hədəfə doğru irəliləyirik. Hər il bir çox şəhərlərimizdə içməli su layihələri istifadəyə verilir. Hazırda Bakının fasiləsiz su təminatı 80 faizə çatmışdır. Ölkə üzrə isə bu göstərici təxminən 65 faizdir. Bu, daha da artmalıdır. Ancaq biz bu proqramın icrasına başlayanda fasiləsiz suyun verilməsi üzrə ümumi göstərici təqribən 25-30 faiz idi. Yəni çox işlər görülüb və bu il də davam etdirilməlidir”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Palitra”ya açıqlamasında 2017-ci ildə görüləcək işlərdən danışdı: “2017-ci ildə biz “Azərsu” ASC olaraq planlayırıq ki, Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlayaq. Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində isə tullantı sutəmizləyici qurğuları tikiləcək. Bunların hamısı beynəlxalq maliyyə qurumları birgə icra olunan layihələr çərçivəsində görəcəyimiz işlərdir. Həmçinin biz 11 rayonun 48 kəndini içməli su ilə təmin edəcəyik. Qeyd edim ki, biz Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə bu istiqamətdə birgə fəaliyyət göstəririk. Ötən il bizim bu birliklə birgə gördüyümüz işlər çərçivəsində 5 şəhərin 13 kəndində içməli su təchizatı yaxşılaşdırılıb”.
Anar Cəbrayıllı Bakı şəhərində də planlaşdırılan işlər haqqında məlumat verdi: “Ötən il Nərimanov rayonunda 54 nasos stansiyasını ləğv etdik. Həmin nasos stansiyasının qidalandırdığı ərazilər artıq 24 saat su ilə təmin edilir. Belə işlər Suraxanı, Nəsimi, Sabunçu, Xətai rayonlarında da bu il həyata keçiriləcək. Bu ilin ən son məlumatlarına görə Bakı şəhərinin 80.06 faizini fasiləsizi su ilə təmin edirik. 2018-ci ilin yanvar ayında bu təminat 82 faizə çatdırılacaq”.
Anar Cəbrayıllı  regionlarda torpaq sahələrinin suvarılması üçün yeni su xətlərinin çəkiləcəyini də dedi: “Cənab Prezident konfransda konkret vurğuladı ki, “Azərsi” ASC Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazilərində 20 min hektar torpaq sahəsinin suvarma su ilə təmin etməsi ilə bağlı işlər görməli və infrastruktur yaratmalıdır. Artıq bu istiqamətdə biz işlərə başlamışıq. Belə ki, Zərdab rayonunda Kür çayından Sugötürücü qurğu nasos stansiyası tikəcəyik və yeni su xətti çəkəcəyik. Bununla da Zərdab rayonunda 10 min hektar ərazini su ilə təmin edəcəyik. Eyni zamanda Padarçöl ərazisində 10 min hektar ərazinin su ilə təmin olunması üçün işlər görəcəyik. Yəni biz mövcud sutəmizləyici qurğulardan istifadə etməklə ora magistral su xətti çəkəcəyik”.
Onun sözlərinə görə, əhaliyə qüvvədə olan standartlara uyğun içməli su verilir: “Cənab Prezident hər dəfə bizim açılış mərasimlərində bu məsələni vurğulayır. Bilirsiniz ki, 2015-ci ildə Abşeron rayonunda “Azərsu” ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Bu kompleks əhalinin içməli su təminatını xeyli yüngülləşdirib. Tikintisi 1,2 hektar ərazidə aparılan və məhsuldarlığı saniyədə 6 kubmetr olan qurğu əhalinin fasiləsiz, keyfiyyətli içməli su təminatına öz töhfəsini verib. Yeni qurğuda Niderland Krallığının istehsalı olan müasir avadanlıqdan istifadə edilib. Tam avtomatik rejimdə idarə olunan qurğu elektrik enerjisinə qənaət etməyə imkan verir. Burada, eləcə də digər sutəmizləyici qurğularımızda emal olan su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir”.
Anar Cəbrayıllı qeyd etdi ki, Bakıda martın 14-18-də “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info