Oteldə ABŞ-ın dövlət katibi üçün yer tapılmayıb
Tarix: 17.02.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


“İyirmilik qrupu” nazirlərinin görüşünün keçirildiyi Almaniyanın Bonn şəhərindəki heç bir oteldə ABŞ-ın dövlət katibi Reks Tillerson üçün yer tapılmayıb.
AZƏRTAC  xəbər verir ki, Tillerson görüşdə iştirakını təsdiqləyənədək şəhər otellərinin bütün nömrələri tutulub. O, şəhərdən 30 dəqiqəlik məsafədəki sanatoriyada yerləşməyə məcbur qalıb. Digər ölkələrdən olan həmkarları ABŞ-ın xarici siyasət idarəsinin başçısı ilə görüşmək üçün bu məsafəni qət etməli olurlar.
Həmçinin Tillersonun jurnalistlərlə təmasda olmaq istəmədiyi də bildirilir. Onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra Amerika tərəfi müxbirləri təcili surətdə ərazidən uzaqlaşdırıb. Görüşün yekununa həsr olunmuş mətbuat konfransında isə jurnalistlərin heç bir sualını cavablandırmayan Tillerson bir dəqiqədən də az çəkən qısa bəyanatla kifayətlənib.
Qeyd edək ki, bu, Reks Tillersonun ABŞ-ın dövlət katibi qismində xaricə ilk səfəridir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info