Ermənistanda daxili vəziyyət məcrasından çıxıb
Tarix: 17.02.2017 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Bütün sahələrdə dərin böhranla qarşı-qarşıya olan Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib. İrəvanda keçirilən mitinqdə ölkəni təcrid vəziyyətinə salan cinayətkar Serj Sarkisyan rejiminin istefası tələb olunub. Aksiya iştirakçıları aylardır həbsdə saxlanılan fəalların azadlığa buraxılması məsələsini də gündəmə gətiriblər. Bununla bağlı beynəlxalq qurumlara müraciət hazırlanıb.
Ermənistanda əksər vətəndaşlar normal, sakit, qayğısız həyat arzusundadırlar. Hökumət isə onlara nəinki bu imkanı yaratmır, hətta vətəndaşların problemlərinə illərdir göz yumur. Ona görə də bu ölkədə tez-tez etiraz aksiyaları keçirilir. Vətəndaşlar hakim rejimə etiraz edirlər.
Ermənistanda özbaşınalıqlara son qoyulması tələb edilən növbəti mitinqi “Təsisçi parlament” ictimai hərəkatı keçirib. Aksiya iştirakçıları rejimin təzyiqlərinə məruz qalan fəalların azadlığa buraxılmasına çağırış ediblər. Ötən ilin iyulunda post-patrul xidməti alayının ərazisini tutmuş silahlı qrupun üzvlərinə çörək aparan Artur Sarkisyanın da xüsusi istintaq xidməti tərəfindən saxlanılması “Təsisçi parlament” hərəkatının üzvlərini qəzəbləndirib.
Etirazçılar Artur Sarkisyanla yanaşı, digər fəalların da azadlığa buraxılmasını tələb ediblər. Bununla bağlı beynəlxalq qurumlara müraciət hazırlanıb. “Sarkisyan, quldur dəstəni də götür, ölkədən rədd ol!” deyən aksiya iştirakçıları martın 1-də keçiriləcək ümumxalq itaətsizlik aksiyalarına da qoşulacaqlarını bəyan ediblər. “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan həmin gün İrəvanda böyük izdiham yaşanacağını deyib.
Siyasətçi Ermənistanın keçmiş müdafiə naziri, hazırda isə özünü müxalifətçi kimi göstərən Seyran Ohanyanın 1 mart hadisələri ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. O qeyd edib ki, 2008-ci ildə baş vermiş bu hadisə ilə bağlı danışanlar elə həmin vaxt fəal rol oynayanlardır. Keçmiş müdafiə naziri S.Ohanyan o dövrdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi idi. İndi deyir ki, biz gəlib 1 mart hadisələrinin günahkarlarını tapacağıq. Bir müddət sonra o, siyasi məhbuslara azadlıq tələb edə bilər. Bu, gülüncdür. Onlar özlərini çoxdan nüfuzdan salıblar.
Baş verənlər onu göstərir ki, Ermənistanda daxili vəziyyət məcrasından çıxıb. Bu ölkə hakim rejim ucbatından təcrid vəziyyətində saxlanıldıqca etirazlar daha da güclənəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info