Azərbaycanlı biznesmenlər Moskvada bazar alıb
Tarix: 17.02.2017 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


"VTB Qrupu" "Velazavod bazarı" ASC-nin səhmlərinin 100%-nin satıldığını bəyan edib. "Vedomosti" qəzeti yazır ki, əqdin dəyəri 712 mln. rubl təşkil edir.
Bazar Moskvanın cənubunda yerləşir. Bank alıcının adını açıqlamayıb. Lakin "Vedomosti"nin əldə etdiyi məlumata görə, bazarın yeni sahibi "Kiyev meydanı" QSC-dir. Şirkətin rəsmisi informasiyanı təsdiqləyib.
Qeyd edək ki, "Kiyev meydanı" QSC Azərbaycan əsilli iş adamları Qod Nisanov və Zarax İliyevə məxsusdur.
"Velazavod bazarı" ASC 2014-cü ildən etibarən "VTB Qrupu"nun aktividir. Ötən ilin sentyabr ayında bank bazarı 2,4 mlrd. rubla satmağa cəhd edib. Lakin bankın cəhdi uğursuz alınıb.
"Kiyev meydanı"nın rəsmisi iddia edir ki, bazarın fəaliyyət istiqaməti dəyişməyəcək. Lakin bazarda ciddi rekonstruksiya işləri aparılacaq.
Xatırladaq ki, Q. Nisanov və Z. İliyev "Forbes" jurnalının versiyasına əsasən, 2016-cı ilin "daşınmaz əmlak kralları" (daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən) reytinqinə başçılıq edib. Beləliklə, "Kiyev meydanı" 2015-ci ildəki nailiyyətini təkrarlayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info