Azərbaycan və Danimarka arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıb
Tarix: 17.02.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Karsten Lauritzen: “Bu sənəd hər iki ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açır”

Fevralın 17-də Vergilər Nazirliyində “Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nın imzalanması mərasimi keçirilib.
Konvensiyanı Azərbaycan tərəfdən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov, Danimarka tərəfdən isə bu ölkənin vergilər naziri Karsten Lauritzen imzalayıblar.
Vergilər naziri Fazil Məmmədov ikiqat vergitutmanın aradan qaldırılmasının ölkələrimiz arasında iqtisadi ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini, eləcə də vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcəyini vurğulayıb. Danimarkanın vergilər naziri Karsten Lauritzen isə bu sənədin hər iki ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açdığını qeyd edib.
Son illər ölkəmizin ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Bu günə kimi 52 ölkə ilə müvafiq sazişlər imzalanıb. Bunlardan 48-si artıq qüvvəyə minib, qalanları isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.
ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin əsas məqsədi mal və xidmətlərin sərbəst beynəlxalq mübadiləsinə maneçilik törədən vergi maneələrinin aradan qaldırılması yolu ilə beynəlxalq ticarət və sərmayə qoyuluşunu təşviq etməkdir. Beynəlxalq vergi müqavilələrinin mövcudluğu vergi ödəyicilərinə münasibətdə ayrı-seçkiliyə yol verilməyəcəyinə təminat verir. Dövlətlər üçün isə bu, ziddiyyətli məsələlər üzrə birbaşa qarşılıqlı məsləhətləşmələrin aparılmasına və vergi məlumatlarının mübadiləsinə imkan yaradır.
İkiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər hazırlanarkən, ilk növbədə, ölkəmizin iqtisadi əlaqələrinin geniş olduğu dövlətlərə xüsusi diqqət yetirilir. İndiyəcək imzalanmış müqavilələrdən 23-ü Avropa İttifaqına üzv ölkələrlə, digər müqavilələr isə respublikamızın əsas xarici ticarət tərəfdaşlarını, iqtisadi əlaqələrimizin mövcud olduğu və ya iqtisadi maraq doğuran dövlətləri əhatə edir.
Bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşların cəlb edilməsini obyektiv zərurətə çevirir. Hazırda Vergilər Nazirliyi bu istiqamətdə sistemli iş aparır. İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlərin imzalanması ölkədə əlverişli investisiya mühitinin yaradılmasına birbaşa təsir göstərməklə yanaşı, həm də vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanlarının bir-birinə qarşılıqlı yardım göstərməsi üçün əlavə imkanlar yaradır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info