“Görüşün Bakıda keçirilməsi sübut etdi ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur”
Tarix: 17.02.2017 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun görüşünün Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan həm ABŞ, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Daim inkişaf edən Azərbaycan iqtisadi, hərbi imkanları, əlverişli coğrafi şəraiti ilə regionun mühüm əhəmiyyətli dövləti hesab edilir.
Bu fikirləri amerikalı və rusiyalı generalların Bakıda keçirilən görüşünü AZƏRTAC-a şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.
Cəlil Xəlilov deyib ki, Azərbaycan bölgənin bir çox ölkələrindən fərqli olaraq, həm ABŞ, həm də Rusiya ilə yaxın əməkdaşlıq münasibətlərinə, strateji tərəfdaşlıq əlaqələrinə daim sadiqdir və bu əlaqələrin daha da inkişaf etdirilməsinə ciddi səylər göstərir. Bu gün Azərbaycan və onun Prezidenti İlham Əliyev beynəlxalq miqyasda, xüsusilə ABŞ və Rusiya prezidentləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur. Dünya dövlətləri Azərbaycanla qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər.
Dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurmuş Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik üzvlük fəaliyyəti dövründə üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini sübuta yetirib. Özü erməni təcavüzünə məruz qalan ölkə olmasına baxmayaraq, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Bütün bunlar dünyanın güc mərkəzlərinin onun paytaxtını görüş yeri kimi seçməsini şərtləndirən digər amillər sayıla bilər.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycanın həyata keçirdiyi siyasət nəinki regionda, daha geniş coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib. Bütün bunların ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında, əməkdaşlıq əlaqələrinin genişlənməsində danılmaz təsiri olub. Bu baxımdan, Bakının görüş yeri kimi seçilməsinin bu şəhərin sırf coğrafi baxımdan əlverişli ərazidə yerləşməsi ilə bağlanması doğru hesab edilə bilməz. Bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bölgədə ən təhlükəsiz ölkədir. Məhz bu səbəbdən də görüş üçün Bakının seçilməsi təəccüblü deyil.
Əlbəttə, burada Yaxın Şərqdəki mövcud vəziyyət, Tramp administrasiyasının xüsusilə Rusiya tərəfi ilə mübahisəli məsələlərdə hansısa razılaşmalara nail olmaq istəyi də nəzərdən qaçırıla bilməz. Məlumdur ki, əvvəlki rəhbərlik zamanı ABŞ-Rusiya münasibətlərində müəyyən gərginliklərin olması dünyanın müxtəlif regionlarında arzuolunmaz proseslərin yaşanmasına, beynəlxalq təhlükəsizliyin təmin edilməsində problemlərin meydana çıxmasına səbəb olmuşdu. Buna görə də ABŞ-Rusiya münasibətlərinin normal məcraya yönəlməsi qeyd edilən problemlərin həllini tapacağına, dünyada sabitliyin, təhlükəsizliyin möhkəmləndiriləcəyinə ümidləri artırıb. Azərbaycanın bu müstəvidə qazancı ərazi bütövlüyünün təmin edilməsinə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə cavabdeh olan Minsk qrupunun həmsədr ölkələri, əsas söz sahibi sayılan ABŞ və Rusiya tərəfindən konkret addımların atılması ola bilər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info