Dəmir Yolunda gücləndirilmiş iş rejimi tətbiq olunur
Tarix: 17.02.2017 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Havaların sərt keçməsi ilə əlaqədar Dəmir Yolunda gücləndirilmiş iş rejimi tətbiq olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublika ərazisində müşahidə olunan sərt hava şəraiti ilə əlaqədar QSC-nin kollektivi gücləndirilmiş iş rejimində çalışır.
Hava şəraiti ilə əlaqədar olaraq sürət həddinin azaldılması səbəbindən qısamüddətli gecikmələr nəzərə alınmasa, qatarların hərəkətində heç bir problem qeydə alınmayıb. Bu günlərdə sərnişinlər dəmir yolundan istifadəyə üstünlük verirlər. Bununla bağlı gün ərzində ölkədaxili işləyən sərnişin qatarlarında 1000 nəfərdən çox artım müşahidə olunur. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib.
Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, qartəmizləyən texnika saz vəziyyətə gətirilir.
Sərnişin daşımaları departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi bir daha yoxlanılır. Eyni zamanda vağzallardakı gözləmə zallarında istilik sisteminin, kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info