“Qafqaz Gənclər Evi” platforması üzərində işləyirik”
Tarix: 17.02.2017 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Aydın Mahmudov: “Məqsədimiz bu füsunkar diyarda yaşayan gənclərin həmrəyliyinə nail olmaq, təhsil mübadiləsi həyata keçirməkdir”

Bu gün istər ölkə daxilində, istərsə də xaricdəki gənclərin həmrəyliyi ən vacib amildir. Məhz vahid güc şəklində gənclər öz hədflərinə çata bilərlər. Elə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi də gənclərə, əsasən, bu ideyanı aşılayır. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin müşaviri, sədr vəzifəsini icra edən Aydın Mahmudovla müsahibəmizdə bu və digər mövzularda ətraflı söhbət etdik.
- “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin əsas məqsəd və məramı nədən ibarətdir?
- “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi yarandığı gündən etibarən öz nizamnamə məqsədinə uyğun olaraq Azərbaycan üçün gənclərin həmrəyliyi istiqamətində bir çox işlər həyata keçirir. Bizim məhz fərqliliyimiz “birlik və həmrəylik”dir. Daha çox elmi-praktiki konfranslar, “dəyirmi masa”lar, seminarlar, təlimlər və s. tədbirlərlə gənclərin maarifləndirilməsinə, dövlətin gənclər siyasətinə dəstək verir. Dahi öndərimizin “Azərbaycanın bugünkü gənc nəsli, gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır” kəlamını rəhbər tutaraq inkişaf etməyə çalışırıq. Bu gün bu xətti vüsətlə gerçəkləşdirən Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində gənclər sektoruna olduqca əlverişli şərait yaradılıb. “Həmrəy” olaraq bu imkandan istifadə edib gənclərimizin hərtərəfli inkişafına, onların ölkəmizi təbliği və tanıdılması baxımından fəaliyyətlərinə yön vermək üçün layihələr gerçəkləşdiririk.
-Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə əməkdaşlıq edirsizmi?
- Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun işindən çox razıyıq. Bütün gənclər təşkilatı kimi biz də bu fondla yaxından əməkdaşlıq edirik. Çox şəffaf müsabiqələr həyata keçirirlər. Məhz onların maliyyə dəstəyi ilə 30-dan çox şəhər/rayonda 100-lərlə gənclə görüşlərimiz olub. Fondun fəaliyyəti göz önündədir. Bu yaxınlarda Müşahidə Şurasına üzvlüklə bağlı açıq şəraitdə keçirəcəkləri seçkilər buna əyani sübutdur. Biz də bu seçkilərə namizəd irəli sürmüşük.
Gənclər Fonduna öz missiyasını belə ləyaqətlə həyata keçirdiyinə görə təşəkkür edirik.
- Son keçirdiyiniz “Sağlam qida – Sağlam həyat” layihəniz böyük marağa səbəb oldu. Bu layihəni hansı zərurətdən həyata keçirdiz?
-Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IX qrant müsabiqəsinə “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi “Sağlam qida – Sağlam həyat” adlı layihə təqdim edib və müsabiqənin qaliblərindən biri olub. Məqsədimiz elmi-praktiki konfranslar vasitəsilə region gənclərinin sağlam qidalanma və sağlam həyatla əlaqədar bilikləri artırmaq ibarət idi. Bununla da “Həmrəy” olaraq milli genefondumuzun qorunması və sağlam nəslin böyüməsi istiqamətində dövlət tərəfindən görülən çoxtərkibli işlərə dəstək vermiş olduq.
-Burada əsas vəzifəniz nə idi?
-Sağlam gəncliyin formalaşmasına, gənclərin fiziki inkişafına və milli genefondumuzun qorunmasına dəstək verdik. Həmçinin qida təhlükəsizliyi, sağlam qidalanma və onun mahiyyəti barədə gənclərin bilgilərini artırmağa çalışdıq. Bu nəticələr barədə tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə məlumatlandırdıq. Qida təhlükəsizliyi və sağlam qidalanma haqqında gənclərin biliklərinin yoxlanılması üçün sorğu həyata keçirdik. Gənclər vasitəsilə təbliğat aparılaraq valideynlərə, cəmiyyətə müvafiq informasiya çatdırdıq. Sağlam qida və sağlam həyat barədə maarifləndirici çap materialları hazırladıq və payladıq.
-Layihə çərçivəsində hansı rayonlarda konfranslar keçirdiz?
- Layihə çərçivəsində Yevlax, Mingəçevir, Ağdaş, Ucar şəhər/rayonlarında elmi-praktiki konfranslar təşkil olundu. Elmi-praktiki konfranslarda 4 şəhər/rayonun hər birindən 200-dən çox olmaqla 800-dən artıq gənc iştirak etdi. Tədbirlərə gənclərlə yanaşı, şəhər/rayon İcra hakimiyyətləri, Gənclər və İdman İdarələrinin rəsmiləri, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri də qatıldı. Əvvəlcə biz, yəni təşkilat komitəsinin rəhbəri və üzvləri tədbirin mahiyyətindən, Prezident İlham Əliyev tərəfindən aparılan inamlı gənclər siyasətinin incəliklərindən ətraflı söz açdılar. Onlar bu sahənin ulu öndər Heydər Əliyevin mükəmməl ideyaları ilə inkişaf etdirildiyini xüsusi qeyd etdilər. Azərbaycan gəncliyinə dövlətin göstərdiyi diqqət və qayğının nümunəyə çevrildiyini vurğuladılar.
Sonra mütəxəssis, səhiyyə üzrə ekspert Cəmilə Kərimova “Sağlam və təhlükəsiz qidalanmanın həyatımızda yeri və rolu” mövzusunda geniş məruzə etdi. Tədbirlərin məqsəd və vəzifələrini özündə əks etdirən videoçarx nümayiş olundu.
İnteraktiv şəkildə gerçəkləşən elmi-praktiki konfranslar iştirakçılar tərəfindən olduqca maraqla qarşılandı. Daha sonra iştirakçı gənclərə sertifikatlar təqdim edildi. Sonda iştirakçılar və ekspertlər belə tədbirlərin hər bir sahə üzrə reallaşdırılmasının zəruriliyini bildirdilər. Layihəyə görə təşəkkür edərək, bunun gənclərin maarifləndirilməsinə töhfə olduğunu söylədi.
-Hazırda hansı layihə üzərində çalışırsız?
-“Qafqaz Gənclər Evi” platforması üzərində işləyirik. Məqsədimiz bu füsunkar diyarda yaşayan gənclərin həmrəyliyinə nail olmaq, təhsil mübadiləsi həyata keçirməkdir. “Bizim evimiz - Qafqaz” layihəsi ilə buranın flora və faunasını birgə qorumaq və gələcək nəslə ötürmək niyyətindəyik. Bu, digər tərəfdən adət-ənənələrin yaşadılması, ümumi xüsusiyyətlərin təbliği və multikulturalizm düşüncəsinin inkişaf etdirilməsi missiyasıdır. Bu niyyətlə bu yaxınlarda Rusiya Federasiyasının Çeçenistan ərazisində yaşayan gənclərlə görüşdük. Onları Bakıda cari ilin 12-22 may tarixlərində keçiriləcək İslam Həmrəyli Oyunlarına dəvət etdik. Bu çərçivədə Gürcüstan və Dağıstana da səfərimiz gözlənilir.
Daha bir layihəmiz Fövqəladə hallarla bağlıdır. İstəyirik ki, məktəblərdə fövqəladə hallarla bağlı maarifləndirici kampaniyalar keçirək. Məqsədimiz yanğın, zəlzələ və s. baş verdikdə ilkin olaraq nə etmək lazımdırsa, onu yeniyetmələrə çatdırmaqdır. Həmçinin fövqəladə hallar zamanı könüllü gənclərin iştirakının təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etməyi düşünürük.
Belə layihələrimiz çoxdur. Bu il ərzində bir sıra xüsusi hadisələrlə bağlı tədbirlər düşünmüşük. Bununla əlaqədar tədbirlər və icra planı hazırlanır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrə ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info