“Kaspi”- maarifçilik meydanı” kitabının təqdimatı olub
Tarix: 17.02.2017 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində “Artkaspi.az” adlı ədəbi-mədəni saytın və “Kaspi”- maarifçilik meydanı” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, qəzetlərin baş redaktorları, KİV nümayəndələri iştirak ediblər.
MŞ sədri, millət vəkili Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq deyib ki, Azərbaycan dastanları, musiqisi ilə bağlı çoxsaylı əsərlər məhz “Kaspi” qəzetində dərc olunub: “Bu qəzet, eyni zamanda Azərbaycan mədəniyyətini yayan, Azərbaycan mədəniyyətinin maarifçiliyini öz üzərinə götürən bir nəşr idi. “Artkaspi.az” saytı da məhz “Kaspi”nin həmin ənənəsini davam etdirir. Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı diqqəti cəlb edən məqamlara toxunacaq və öz oxucularını həmin sahədə olan informasiyalarla məlumatlandıracaq. “Kaspi” qəzetinin redaksiyası “Kaspi”nin arxivini bir müddət bundan əvvəl əldə edib. Artıq arxiv “Kaspi” qəzetindədir. Bu gün “Kaspi”nin həmin arxivini M.F.Axundov adına Milli Kitabxanaya təqdim edəcəyik. “Kaspi”-maarifçilik meydanı” kitabı, sözün həqiqi mənasında, mükəmməl hazırlanıb. Kitabda sistem tamamilə başqa cürdür”. "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva “Kaspi-maaifçilik meydanı” kitabı haqqında məlumat verib. Qeyd edib ki, kitabda dərc olunan materiallar “Kaspi” qəzetində yer almış mövzulardır: “Zaman-zaman Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyev və başqa maarifçilərimiz haqqında yazıları dərc etdik. Tağıyevin maarifçilərin sırasına aid edilməsinə təəccüblənənlər də oldu. Buna da biz cəsarət etdik. Bu gün Tağıyev, adını ziyalı qoyan çox ziyalıdan yuxarıda durur”. Sona Vəliyeva bildirib ki, bu böyük şəxsiyyətlər haqqında Prezident sərəncamı var. Kitabda sərəncam və həmin şəxsiyyətlər haqda ekspertlərin rəyləri də öz əksini tapdı: “Biz düşündük ki, bu qədər qiymətli faktlar bir qəzetin səhifəsində tapılmaya bilər, kitab isə bir xəzinədir. Qərara gəldik ki, həmin məlumatları bir kitab halına gətirək. Bunu “Kaspi Təhsil Şirkəti” və “Kaspi” qəzetinin birgə layihəsi əsasında ərsəyə gətirdik”. Sona Vəliyeva əlavə edib ki, onlar haqqında kitabın çapına bu tarixi şəxsiyyətlərin hamıdan çox haqları var: “Çünki onlar sıradan maarifçilər deyillər. Onlar maarifçilik ideyasını irəli sürüb milli şüurun oyanmasında, milli azadlıq hərəkatının formalaşmasında, AXC-nin qurulmasına qədər cəsarətli bir yol keçmiş, bəzən ölümü gözlərinin önünə almışlar. Əgər Çar Rusiyası qəzetin çapına icazə verəndə bilsəydi ki, maarifpərvər şəxs tərəfindən alınacaq, Həsən bəy Zərdabi dolayı yolla redaktorluq edəcək, Azərbaycan mətbuatına yenidən ağsaqqallıq edəcək, buna icazə verməzdi”. “Kaspi” qəzetinin təsisçisi vurğulayıb ki, arxiv materiallarında Jandarm İdarəsinin Mətbəə Senzura İdarəsinə yazdığı belə bir fikir var: “Deyilir ki, siz Tağıyevi sıradan iş adamı bilməyin, o, Orta Asiya, Rusiya və Qafqaz da daxil olmaqla çox böyük nüfuza malik istedadlı adamdır. Həmin yazıda Həsən bəyi nəzərə alaraq yazıblar ki, qəzeti belə bir qorxulu adamın himayəsinə vermək olmaz”. “Artkaspi.az” saytının baş redaktoru Fərid Hüseyn təqdim etdikləri saytın ədəbiyyat və mədəniyyət portalı olduğunu bildirib: “Bu sayt "Kaspi” qəzetinin həftəlik Ədəbiyyat sayının əlavəsi kimi yaradılsa da, hər gün yenilənən müstəqil saytdır”. F.Hüseyn bildirib ki, ölkəmizin ədəbiyyat, mədəniyyət, humanitar elm, kino, teatr kimi sahələrindəki yenilikləri, maarifləndirici yazıları dərc edən saytın məqsədi, ölkəmizin ədəbi və mədəni sahələr üzrə yeniliklərini dünyaya çatdırmaq, habelə bəşəri uğurları, dünyanın humanitar sahələrinin aparıcı şəxslərinin elmi, ədəbi irsini xalqımıza tanıtdırmaqdır. “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, “Kaspi”ni üç əsrin qəzeti adlandırmışıq: “Hər zaman da özümüzü tarixi “Kaspi”nin varisləri kimi aparmağa çalışırıq. Həmişə də o tarixi “Kaspi”nin irsini təbliğ etməyə, ictimaiyyətə, cəmiyyətə çatdırmağa çalışırıq. Bu istiqamətdəki fəaliyyətlərimiz zamanı bizə məlum oldu ki, tarixi “Kaspi”nin arxivi Avropa ölkələrinin birində saxlanılır. Biz əlaqələrimizi işə saldıq və müəyyən danışıqlar apardıqdan sonra məlum oldu ki, “Kaspi”nin nüsxələri elektron variantda, həmçinin o dövrdə çıxan bir sıra qəzetlərin nüsxələri Hollandiyadakı bir mətbəədə saxlanılır. Sonradan biz danışıqlar aparandan sonra həmin nüsxələri ölkəmizə gətirmək barədə razılaşma əldə etdik”. Milli Kitabxananın direktoru Kərim Tahirov isə bildirib ki, Milli Kitabxananın saytı vasitəsilə nüsxələr bütün dünyaya yayılacaq. Sonda “Kaspi”nin bütün nömrələrinin elektron variantı Milli Kitabxanaya bağışlanıb, İsa Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş ədəbiyyat əlavəsinin xüsusi sayı təqdim edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info