Azərbaycan Türkiyə iqtisadiyyatının ən iri investorlarından biridir
Tarix: 17.02.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev: “TANAP və digər nəhəng layihələrin icrası vaxtında başa çatdırılacaq"

Türkiyənin İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu işə başlayıb. Biznes-forumda Azərbaycan, Türkiyə və Gürcüstan geniş nümayəndə heyəti ilə təmsil olunur. Toplantının rəsmi açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin elm sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Mətin, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Gakharia və Türkiyə xarici iqtisadiyyat və əlaqələr təşkilatının rəhbəri Rona Yırcalının çıxışları dinlənilib.

Ötən il Gürcüstan və Azərbaycandan keçərək Orta Asiyaya gedən türk yük maşınlarının sayı ikiqat artıb
Şahin Mustafayev deyib ki, Azərbaycan xalqı və rəhbərliyi ötən il iyul ayının 15-də Türkiyədə baş verən çevriliş cəhdini kəskin pisləyir və qardaş ölkənin xalqı tərəfindən seçilmiş iqtidarını qeyd-şərtsiz dəstəkləyir. Nazir qeyd edib ki, Türkiyə-Azərbaycan-Gürcüstan arasındakı yüksək səviyyəli əməkdaşlıq, ilk növbədə sabitliyə əsaslanır: "Türkiyə bu gün yaşayır, inkişaf edir və öz dostlarını sevindirir. Əməkdaşlığımızın arxasında ölkə rəhbərlərinin siyasi iradəsi dayanır. Tarixən formalaşan dostluq və qardaşlıq münasibətləri ölkələrimizi daha da yaxınlaşdırır". Ş. Mustafayev qeyd edin ki, Azərbaycan Türkiyə iqtisadiyyatının ən iri investorlarından biridir. Bu xüsusda nazir SOCAR-ın rolunu yüksək qiymətləndirib: "Təkcə SOCAR-ın qardaş ölkəyə investisiyalarının həcmi 2020-ci ilə qədər 17 milyard dollara çatacaq". Türkiyə və Gürcüstan şirkətlərinin Azərbaycana yatırdığı investisiyalar barədə məlumat verən Ş. Mustafayev bildirib ki, ötən il Gürcüstan və Azərbaycandan keçərək Orta Asiyaya gedən türk yük maşınlarının sayı ikiqat artıb. Nazir, həmçinin Bakı-Tbilisi-Qars layihəsinin icrasına da toxunub. Onun sözlərinə görə, layihənin icrası bu ilin sonunadək başa çatdırılacaq: "Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq. Azərbaycan torpaqlarını işğal edən Ermənistan isə bu cür layihələrdən təcrid olunub. TANAP və digər nəhəng layihələrin icrası vaxtında başa çatdırılacaq". Nazir əlavə edib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,4 mlrd. dollarlıq investisiya yatırıb. Onun sözlərinə görə, forumda 50-yə yaxın azərbaycanlı iş adamı iştirak edir: "Şübhəsiz, bu forum əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verəcək”. Çıxışının sonunda Ş. Mustafayev qeyd edib ki, növbəti forum Azərbaycanda keçiriləcək və tədbirdə iştirak edən rəsmi şəxsləri və iş adamlarını orada iştirak etməyə dəvət edib.

Milli valyutalarla ticarət zamanı iş adamlarının məzənnə fərqlərindən zərər görməməsi üçün lazımi qərarlar qəbul ediləcək

Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü çıxışında deyib ki, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması zəruridir. Çıxışına azərbaycanca "hər şeyin təzəsi, dostun köhnəsi" sözləri ilə başlayan nazir dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Türkiyə iqtisadiyyatının 2009-cu ildən 2016-cı ilin III rübünə qədər sabit şəkildə inkişaf etdiyini bildirib. O, keçən ilin III rübündə baş verən iqtisadi azalmanın ümumilikdə dünyadakı qeyri-stabil vəziyyətdən irəli gəldiyini vurğulayıb. 2015-ci ildə Türkiyədə ixracın 141 milyard dollar, idxalın isə 198 milyard dollar təşkil etdiyini xatırladan F. Özlü 2016-cı ildə Azərbaycanla ticarət dövriyyəsinin azalaraq 2,4 milyard dollara düşdüyünü qeyd edib. Nazir bu istiqamətdə müxtəlif səpkili müzakirələrin aparıldığını qeyd edib. Bunlardan biri də ticarət dövriyyəsinin milli valyutalarda aparılmasıdır: "2016-cı ildə Türkiyənin xarici ticarət dövriyyəsinin 6,5%-i türk lirəsi ilə həyata keçirilib. Bu rəqəmi daha da artırmaq istəyirik". Nazir milli valyutalarla ticarətin aparılacağı təqdirdə iş adamlarının məzənnə fərqlərindən zərər görməməsi üçün lazımi qərarların qəbul ediləcəyini bildirib. Tədbir panellər üzrə davam etdirilib. Biznes-forum iqtisadiyyatın bütün sahələri üzrə Azərbaycan, Türkiyə və Gürcüstan iş adamları arasında yeni-yeni əlaqələrin və əməkdaşlığın qurulması üçün geniş imkanlar yaradır.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info