Həmsədrlər: “20 fevral “referendumu”nun statusa təsiri olmayacaq”
Tarix: 18.02.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


ATƏT-in Minsk qrupunun həmsədrləri Münxendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdikləri görüşlərə dair birgə bəyanat yayıblar. Bəyanatda bildirilir ki, ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin də qatıldığı görüşlərdə nazirlərlə qoşunların təmas xətti və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub. Həmsədrlər münaqişənin dinc yolla həllinə alternativin olmadığını bir daha təsdiqləyiblər və müharibənin seçim yolu olmadığını ifadə ediblər. Bəyanatda, həmçinin qeyd olunur ki, həmsədrlər fevralın 20-də Dağlıq Qarabağda qondarma “referendum”un keçirilməsinin planlaşdırıldığı barədə məlumatlıdırlar. Həmsədrlər bir daha vurğulayıblar ki, Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır. Buna görə də həmsədrlər 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər. Həmsədrlər bəyanatda, həmçinin qeyd ediblər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir. Bəyanatın yekununda bildirilib ki, həmsədrlər mart ayında regiona səfər etməyi planlaşdırırlar.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
İsveç XİN: Azərbaycanla Aİ arasında yeni saziş ikitərəfli münasibətləri dərinləşdirəcək
21.05.2019
XİN: “Ermənistan “Arsenal”ın erməni əsilli oyunçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir”
21.05.2019
Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib
21.05.2019
Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
21.05.2019
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info