“Azərbaycanla həm Rusiyanın, həm də ABŞ-ın möhkəm əlaqələri formalaşıb”
Tarix: 18.02.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Yüksək səviyyəli hərbi-siyasi dairələrin razılığı ilə baş tutan bu görüş üçün Azərbaycanın seçilməsi səbəbsiz deyil”

Məlum olduğu kimi, Rusiya və ABŞ ordularının ikinci şəxsləri -ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun Bakıda görüşü keçirildi. Dünyanın iki supergücünün hərbi qurumunun nüfuzlu şəxsinin danışıqlar aparmaq üçün Bakıda bir araya gəlməsi Azərbaycanın siyasi nüfuzu, etibarından və eləcə də təhlükəsiz ölkə olmasından xəbər verir.
ABŞ-ın yeni administrasiyası Rusiya ilə münasibətləri qaydaya salmaq niyyətindədir. Bu məqsədlə artıq təmaslar başlayıb. Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin Almaniyada görüşdüyü gün, iki dövlətin müdafiə qurumlarının generalları Bakıda bir araya gəldi. Bununla da ABŞ-Rusiya danışıqlarına diplomatik və hərbi cəbhədə yenidən start verildi. Məkan kimi isə Bonn və Bakı seçildi. Rusiyanın “Kommersant” nəşri yazır ki, Rusiya Müdafiə Nazirliyi və Pentaqon nümayəndələri arasında belə yüksək səviyyəli görüşün keçirilməsinə bir neçə ay idi ki, hazırlıq görülsə də, görüşü təşkil etmək alınmırdı. İki ölkənin hərbi strukturu arasında belə yüksək səviyyəli görüş sonuncu dəfə 2014-cü ildə Brüsseldə baş tutub. Həmin vaxt ABŞ-ı general Martin Dempsi təmisl etmişdi. Amma həmin görüşdən iki ay sonra Pentaqon rusiyalı həmkarları ilə birbaşa əlaqəni dayandırdı. Səbəb isə Ukrayna hadisələri, Krımla bağlı idi. “Kommersant” daha sonra yazır: “Bundan sonra dünyada siyasi vəziyyət heç də yaxşılığa doğru cərəyan etmədi. Ona görə də Valeri Gerasimovun belə bir görüşdə iştirak etmək üçün Vaşinqtona, Danfordun isə Moskvaya gedəcəyini təsəvvür etmək çətindir. Ona görə də yüksək səviyyəli hərbi-siyasi dairələrin razılığı ilə baş tutan bu görüşün neytral bir ərazidə keçirilməsi razılaşdırıldı. Bu məqsədlə Azərbaycanın seçilməsi səbəbsiz deyil. Məsələ ondadır ki, Azərbaycanla həm Rusiyanın, həm də ABŞ-ın möhkəm əlaqələri formalaşıb. Bakı görüşündə müzakirə etmək üçün kifayət qədər mövzu olub. Bunların sırasında Suriya və Ukrayna əsas yerləri tuturlar. Doğrudur, görüşdən əvvəl heç də xoşa gəlməyən hadisələr yaşandı. ABŞ-ın yeni müdafiə naziri Rusiya ilə ancaq güc yolu ilə danışmaq lazım olduğunu açıqladı. Rusiyanın müdafiə naziri Şoyqu isə bu açıqlamaya izahat tələb etdi. Bundan sonra Pentaqon rəhbəri Mettis bəyan etdi ki, ABŞ və NATO Rusiya ilə siyasi münasibətləri davam etdirməyə hazırdır. Nazirlərin bu “atışması” Bakıda keçirilən Gerasimov-Danford görüşünə heç bir mənfi təsir etmədi. Məlumatlara görə Bakı görüşü “çox sakit atmosferdə” keçib. Rusiya Müdafiə Nazirliyi bildirir ki, görüşdə ikitərəfli münasibətlər, Avropa, Yaxın Şərq və Şimali Afrikada təhlükəsizlik məsələləri müzakirə edilib. Rusiya tərəfini ən çox narahat edən məsələ Pentaqonun Suriyada quru əməliyyatlar keçirməsi və ora quru qoşunlar göndərməsidir. Moskva hesab edir ki, bu, Suriyada vəziyyəti daha da ağırlaşdıra bilər. Təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi və təmasların daha aktivləşdirilməsi ilə bağlı razılıq əldə edilib. Bu isə Rusiya-İraq və ABŞ-İordaniya koordinasiya mərkəzləri arasında videoəlaqənin aktivləşməsinə səbəb ola bilər. Ciddi hərbi koordinasiya və birgə hərbi əməliyyatlarla bağlı məsələdən isə, hələlik söhbət getmir. Bakı görüsündən sonra Gerasimov Moskvaya qayıtdığı halda, Danford Ankaraya gedib. Amerikalı general Türkiyə rəsmiləri ilə Membic və Rakka əməliyyatlarını müzakirə edəcək”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info