Tramp: “ABŞ mediası saxta xəbərlər yayır”
Tarix: 18.02.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Ağ Evdən mətbuata məxfi məlumatların ötürüldüyünü, bunu edənlərin isə ən qısa zamanda tapılacağını bildirib
ABŞ prezidenti Donald Tramp növbəti mətbuat konfransında yerli mətbuatı “saxta xəbərlər” yaymaqda tənqid edib. O, qeyd eidb ki, yalan reportajlar Rusiya ilə razılaşma əldə etməkdə çətinliklər yaradır. Trampın sözlərinə görə, “saxta xəbərlərə” daha çox yerli TV-lər yer ayırırlar.O, “hədyan”, “saxta”, “fırıldaqçılıq” və “hiylə” dolu xəbərlərin Rusiya ilə iddia edilən əlaqələrlə bağlı olduğunu bildirib. Tramp “dezinformasiya xarakteri daşıyan materialların“ dərc olunmasına və yayılmasına görə aparıcı kütləvi informasiya vasitələrini də tənbeh edərək, həmin materialları “feyk xəbərlər” adlandırıb.

“Daha çox yerli TV-lərdə olan “saxta”, “fırıldaq” və “hiylə” dolu xəbərlər Rusiya ilə razılaşma əldə edilməsində çətinliklər yaradır”

Tramp xarici ölkə liderləri ilə telefon danışıqlarının mətbuata sızmasına görə də mətbuata irad bildirərək bunu onlar üçün “ayıb” kimi dəyərləndirib. Özünü yaxşı vasitəçi kimi təqdim edən edən Tramp Rusiya ilə anlaşmaq istədiyini etiraf etsə də, iki dövlətin razılaşma əldə edəcəcyinə hələlik inanmadığını etiraf edib: “Yəqin ki, Putin hazırda öz kürsüsündə oturaraq, ölkəmizdə baş verənləri diqqətlə izləyir və siyasi təzyiq səbəbi ilə Trampla dil tapa bilməyəcəyini başa düşür. Təbii ki, bütün bunlar ABŞ mətbuatında gedən “saxta xəbərlər”in məntiqi nəticəsidir”. ABŞ prezidenti Rusiya ilə danışıqlarda sərtliyə yol verəcəyi təqdirdə müəyyən müddətə dəstək alacağını etiraf etsə də, sonradan siyasi elita, cəmiyyət, elə jurnalistlər tərəfindən də məzəmmət və qınaq obyektinə çeviriləcəyini xüsusi qeyd edib. Hillari Klintonu Rusiya ilə münasibətləri "yükləməkdə” ölkəni 20 faiz urandan məhrum etməkdə ittiham edən Tramp bu yükləməni “axmaq plastik düymə” adandırıb: “Mən Rusiya üçün heç nə etməmişəm. Biz münasibətləri qaydasına sala bilsək, bu pozitiv məsələ olacaq. Bizim onlarla görüşəcək çox istedadlı şəxs var, bu, Tillersondur”. Amerika dövlət başçısı Moskvaya qarşı sərt siyasətin davam etdirməyin onun üçün daha asan olduğunu qeyd etsə də, amerikalılar üçün hər şeyi doğru etmək istədiyini bildirib: “Mən bu doğruluğu təkcə amerikalılar üçün deyil, də bütün dünya üçün etmək istəyirəm”. Jurnalistlərdən biri Trampan Rusiya səfiri ilə sanksiyalarla bağlı müzakirələrin aparılmasına dair Maykl Flinə göstəriş verilib-verilmədiyini soruşub. “Xeyr, mən belə bir göstəriş verməmişəm”, - deyə Tramp qeyd edib. Prezident eyni zamanda milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyak ilə telefon danışığının detalları barədə vitse-prezident Mayk Pensə yanlış məlumat verdiyi üçün istefaya göndərildiyini qeyd edib. ABŞ prezidenti Ağ Evdən mətbuata məxfi məlumatların ötürüldüyünü, bunu edənlərin isə ən qısa zamanda tapılacağını önə çəkib. Tramp sələfi Barak Obamadan, sadəcə, dövlətin qalıqlarının miras qaldığını, əvvəlki hakimiyyətdən qalmış problemləri həll etməyə çalışdığını, buna rəğmən isə mətbuatın gerçəyi yetərincə qavramadığını bildirib. O, həmçinin, Rusiya ilə heç bir maliyyə əlaqəsinin olmadığını bir daha təsdiqləyib. Prezident Tramp elan edib ki, bütün immiqrantların və yeddi müsəlman ölkəsindən (Suriya, Sudan, Somali, İraq, İran, Liviya və Yəməndən) gələnlərin ABŞ-a daxil olmalarına müvəqqəti qadağa qoyulması barədə onun fərmanının icrası Sietl federal məhkəməsi tərəfindən dayandırılandan sonra Birləşmiş Ştatların “müdafiəsinə yönəlmiş” yeni sərəncam verəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info