Bolqarıstanda “Made in Azerbaijan“ brendinin təqdimatı olub
Tarix: 18.02.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın turizm potensialının və “Made in Azerbaijan” məhsullarının Bolqarıstanda təbliği məqsədilə Sofiyanın İnter Expo Mərkəzində təşkil olunmuş “Holiday&SPA EXPO” adlı 34-cü Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialına dair təqdimat keçirilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, təqdimat səfirlik, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentlikləri Assosiasiyasının (ABTTA) baş direktoru Bayko Baykov və Bolqarıstanın ən böyük və aparıcı turizm şirkətlərindən biri olan “Bohemia” şirkəti tərəfindən birgə təşkil olunub. Təqdimatda sərgi iştirakçıları və ziyarətçilərinə Azərbaycanda mövcud turizm marşrutları, tarixi-mədəni abidələr, rekreasiya və turizm mərkəzləri, ölkədə həyata keçirilmiş infrastruktur layihələri haqqında ətraflı məlumat verilib, bolqar şirkətləri tərəfindən hazırlanmış və Azərbaycana səfəri əhatə edən tur paketləri təklif olunub. Təqdimat çərçivəsində Azərbaycan haqqında sualları əks etdirən viktorina keçirilib və qaliblər səfirlik tərəfindən təqdim olunmuş suvenirlərlə mükafatlandırılıblar. Təqdimatdan sonra Azərbaycanın “Abşeron-Şərab” ASC şirkətinin istehsalı olan “Abşeron” şərablarının dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib. Dequstasiya zamanı Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib, Azərbaycan şirniyyatları haqqında ətraflı danışılıb. Tədbir zamanı Azərbaycanın müxtəlif regionlarının turizm potensialını əks etdirən broşürlər tədbir iştirakçılarına paylanılıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info