DƏMX rəisi BƏT-in eksperti ilə görüşüb
Tarix: 20.02.2017 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva ofisinin eksperti Roman Litvyakovla görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin rəisi Fuad Əlizadə Azərbaycanda mütərəqqi beynəlxalq normalar əsasında əmək qanunvericiliyinin formalaşdırıldığını qeyd edib, əmək siyasəti və işçi hüquqlarının müdafiəsi sahəsində BƏT-lə fəal əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. F.Əlizadə ötən dövrdə ölkəmizin BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici, 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulduğunu qeyd edib. O bildirib ki, eyni zamanda BƏT-lə əməkdaşlıq çərçivəsində növbəti proqram kimi ötən ilin sentyabr ayında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb.
 
Xidmət rəisi DƏMX-nin potensialının artırılması sahəsində aparılan işləri qeyd edib: “Son illərdə xidmətin fəaliyyətində müasir texnologiyaların uğurlu tətbiqinə nail olunub. 2014-cü ilin iyul ayından işə salınan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi əmək bazarına, əmək hüquqlarına təminatına dövlət nəzarəti sahəsində müasir, çevik və şəffaf idarəetmə mexanizmini formalaşdırıb. Bizim bu sahədə təcrübəmizin öyrənilməsinə ayrı-ayrı ölkələr tərəfindən də böyük maraq göstərilir. Sistem əsasında tətbiq olunan elektron xidmətlərdən istifadə göstəriciləri də daim artır. Təkcə 2016-cı ildə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə 1 mln. 971 min 872  dəfə müraciət edilib”.
 
F. Əlizadə xidmətin potensialının artırılması işlərində BƏT-lə əməkdaşlığın vacibliyini vurğulayıb: “Ötən dövrdə bu istiqamətdə uğurlu layihələr icra edilib. Həmçinin keçən ilin dekabr ayında BƏT ekspertlərinin iştirakı ilə sosial tərəfdaşların nümayəndələrindən ibarət üçtərəfli İşçi Qrupu üçün “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institusional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninq keçirilib. Bu tədbir də əmək müfəttişliyinin potensialının gücləndirilməsində əhəmiyyətli olub”.
 
R. Litvyakov əmək müfəttişlərinin bilik və peşəkarlıq səviyyələrinin artırılması üçün ötən dövrdə birgə icra olunan layihələrin müsbət nəticələrini qeyd edib. O vurğulayıb ki, belə layihələrin qarşıdakı dövrdə də davam etdirilməsi məqsədəuyğundur.
 
Görüşdən sonra R. Litvyakovun iştirakı ilə sosial tərəfdaşların nümayəndələrindən ibarət üçtərəfli İşçi Qrupunun iclası keçirilib. İclasda Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti, hüquq və vəzifələri, habelə onun potensialının təkmilləşdirilməsi yönündə görülən işlər barədə BƏT-ə təqdim olunmaq üçün hazırlanan hesabat müzakirə olunub. Tədbirdə qurumun fəaliyyəti ilə bağlı gələcək hədəflərin müəyyən edilməsi məsələləri də nəzərdən keçirilib, bununla əlaqədar iş planının hazırlanmasına dair yekdil fikir ifadə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
İşsizlikdən sığorta ödənişi üçün necə müraciət edilməlidir?
25.09.2020
Daha 3 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
25.09.2020
İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir
23.09.2020
Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ
22.09.2020
Hövsanın Bağlar yaşayış massivinin sakinləri telefonsuz qalıblar - Fotolar

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info