Orta məktəbdən ayrılmış qızlar ən azından orta ixtisas məktəblərinə yönləndirilməlidir
Tarix: 11.04.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


“Qızların təhsildən yayınması cənub bölgəsinin rayonlarında problemə çevrilib”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarının sakinləri ilə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib. Komissiya sədri vətəndaşların qəbulu ilə yanaşı, həmçinin sözügedən problemlə də bağlı yerli təhsil işçiləri ilə müzakirələrin aparılacağını diqqətə çatdırıb: ”İbtidai siniflərdə qızlarla oğlanların təhsil alma səviyyəsi bərabərlik təşkil etdiyi halda, artıq 9-10-cu siniflərdə bu bərabərlik 60, 11-ci sinifdə isə 80 faizədək azalır. Bu isə o deməkdir ki, 9-cu sinifdən sonra qızları orta məktəbdən ayırırlar”. M.Abbaszadə çıxış yolu kimi orta məktəbdən ayrılmış qızların ən azından orta ixtisas məktəblərində oxunması təklifini irəli sürüb: ”Savadlı, təhsilli qız gələcəkdə ana olarkən sağlam nəsil böyüdə biləcək. Cənub bölgəsində qızların təhsil alma problemlərinin həlli üçün tərəfimizdən ardıcıl tədbirlər görülür və pedaqoji ictimaiyyət də bizim səylərimizi dəstəkləyir. Ümid edirəm ki, bu problem addım-addım öz həllini tapacaq”. Qeyd edək ki, TQDK sədri ilə görüşə gələnlərin müraciətləri əsasən təhsilin səviyyəsi və bu sahədə mövcud olan problemlərlə bağlı olub. Vətəndaşlar eyni zamanda buraxılış və qəbul imtahanlarına dair fikir və təkliflərini bildiriblər. Müraciətlərin müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmadığından qeydiyyata alınıb, bildirilib ki, nəzarətə götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılacaq. TQDK sədri Məleykə Abbaszadə daha sonra bölgədə fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin və rayon təhsil şöbələrinin müdirləri ilə görüşərək, cənub bölgəsində təhsil sahəsində mövcud durumla bağlı müzakirələr aparıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info