Naxçıvanda yeni mis və molibden yataqları aşkarlanıb
Tarix: 20.02.2017 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Naxçıvanda yeni mis və molibden yataqlarının axtarışı istiqamətində müsbət nəticələr əldə olunub. Babək rayonundakı Toydaş sahəsində mis və molibden yataqları aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, son illər Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi burada geoloji-kəşfiyyat işlərinin əhatə dairəsini genişləndirib. Hazırda bir çox rayonlarda filiz yataqlarının axtarışı ilə əlaqədar işlər davam etdirilir.
Qeyd edək ki, muxtar respublikanın mineral xammal bazasını 200-dən artıq filiz və qeyri-filiz yataqları təşkil edir. Son illərdə muxtar respublika ərazisində müxtəlif tip filiz və qeyri-filiz yataqları idarə tərəfindən aşkarlanıb və öyrənilib.
Muxtar respublikanın mineral xammal ehtiyatlarının ümumi balansında filiz, qeyri-filiz faydalı qazıntıları kimi tikinti materialları da mühüm yer tutur. Culfa rayon Qaraqala su sahəsində 2016-cı ildə axtarış qiymətləndirmə işləri başa çatdırılıb, qum, çınqıl və gil xammalının ilkin geoloji hesabatı tərtib olunub. Əlincəçay hövzəsində də hazırda tikinti materiallarının axtarışı davam etdirilir.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda təbii ehtiyatlardan səmərəli istifadənin genişləndirilməsi, mövcud yataqların geoloji kəşfiyyat işlərinin aparılması və onların istismara cəlb olunması ilə əlaqədar işlərin görülməsi də nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info