Yazın ilk çiçəyi
Tarix: 20.02.2017 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Təbiətdən qar-sazaq çəkilib getməmiş torpağın altından baş qaldıran novruzçiçəyinin erkən açılan al-əlvan çiçəkləri baharın müjdəçisi hesab edilir, onu el arasında növruzgülü də adlandırırlar.
Qədim dövrlərdən etibarən ondan müalicə məqsədi ilə istifadə olunub. Məsələn, Yunanıstanda novruzçiçəyini Olimpin dərman çiçəyi hesab edirdilər. Qədim həkimlər novruzçiçəyi ilə iflici müalicə edir və buna görə də onu “iflic otu” adlandırırdılar. İngiltərə isə onu sehirli çiçək kimi qəbul edirdilər.
Xalq təbabətində novruzçiçəyinin dəmləmə, bişirmə və şirəsi bronxit, astma, qəbizlik, yuxusuzluq, öskürək, başgicəllənmə, qıcolmalar, iflic, ümumi zəiflik və s. zamanı istifadə olunur. Onu adətən aptek çobanyastığı, dərman gülümbaharı, dərman cəbrayılotu və adi cirə ilə birlikdə təyin edirlər. Tərkibindəki saponinlərin hesabına öskürək əleyhinə tərqovucu və sidikqovucu təsirlər göstərir. Həmçinin “C” və “A” vitaminlərinə malik olduğuna görə həmin vitaminlərin çatışmazlığında da istifadə edilir.
Novruzçiçəyi preparatlarının istifadəsinə əks göstəriş yoxdur, lakin bəzi xəstələrdə ona qarşı yüksək dərəcədə həssaslıq var. Onunla güclü təmas zamanı həmin xəstələrin dərisinda güclü qaşınmalar yaranır və qabarmalar əmələ gəlir.
Emallı qabda bitkinin 1 xörək qaşıq kökümsovu və kökünün bişirməsi üzərinə 1 stəkan qaynar su əlavə edilərək yarım saat su hamamında dəmlənilir, 15 dəqiqə soyuyandan sonra süzülür. Xammalın qalığını sıxıb süzüntü ilə birləşdirir, qaynadılmış soyuq su əlavə edərək bişirmənin həcmi 1 stəkana çatdırılır, gündə üç dəfə yeməkdən əvvəl 2 xörək qaşığı qəbul edilir.
5-10 qram novruzçiçəyi yarpağının tozu 1 stəkan qaynar suda dəmlənilərək gündə 3-4 dəfə, hər dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.
Novruzgülünün təzə toplanmış yerüstü hissəsindən alınmiş şirə gündə 3 dəfə, hər dəfə üçdəbir stəkan qəbul edilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info