Azərbaycan yazıçısının kitabı Almaniyada nəşr olunub
Tarix: 20.02.2017 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Azərbaycanın görkəmli dilçisi, professor Fəxrəddin Veysəllinin “Azərbaycan yazısının linqvistik əsasları” kitabı Almaniyanın Zaarbrüken şəhərində LAP (Lambert Academic Publishing, 2017) nəşriyyatında nəfis şəkildə çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabda müəllif Azərbaycan dilinin fonetik strukturu və fonoloji sistemi haqqında qısa və orijinal məlumat verir, dünyada və türk dünyasında, o cümlədən Azərbaycanda yazının yaranması tarixindən söhbət açır.
F.Veysəllinin adı ölkəmizin hüdudlarından kənarda da tanınır. Onun adı Rusiya Elmlər Akademiyasının Sibir Bölməsində çap olunan “Kritika və semiotika” jurnalının redaksiya üzvlüyünə daxil edilib.
F.Veysəllinin redaktəsi ilə ilk dəfə “Azərbaycan dilinin orfofoniyası” adlı monumental əsər işıq üzü görüb. Eyni zamanda, onun “Seçilmiş əsərləri”nin üçüncü cildi də bu günlərdə çapdan çıxıb. Bu cilddə alimin Azərbaycan dili ilə bağlı tədqiqatları, habelə bədii ədəbiyyat sahəsində düşüncələri toplanıb. Kitabda müəllifin ana dilimizin gözəlliyinə vurğunluğunu hər cümləsindən duymaq olur. Bundan başqa, o, alman xalqının epik dastanı olan “Nibelunqlar nəğməsi”ni dilimizə tərcümə edib, bu dastanı “Kitabi-Dədə Qorqud”la müqayisə edərək fərqli və oxşar məziyyətləri haqqında bir sıra maraqlı fikirlər söyləyib.
İnanırıq ki, F.Veysəllinin yeni əsəri böyük oxucu auditoriyasında həmişəki kimi rəğbətlə qarşılanacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub
19.03.2019
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb
19.03.2019
Prezident və xanımı Bakıda Novruz şənliyində

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info