Doğum evlərinin statusu dəyişdiriləcək
Tarix: 20.02.2017 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Azərbaycanda fəaliyyət göstərən doğum evlərinin statusu dəyişdiriləcək. Səhiyyə Nazirliyinin Doğuşayaradım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədov APA-ya bildirib ki, bu proses Bakının iri tibb müəssisələrini əhatə edəcək.
Onun sözlərinə görə, ilkin olaraq paytaxtdakı II səviyyədə olan 2 doğum evinin həyata keçirdiyi müalicə işlərinin həcmi, yardımlar III səviyyəli doğuşayardım tibb müəssisəsinə uyğun gəlir: “Belə olan halda onların statusu dəyişdirilərək III səviyyə kimi qəbul olunacaq. Həmin müəssisələr III səviyyənin funksiyasını əksər hallarda yerinə yetirə bilir. Ümumiyyətlə, bu gün Baklıda III səviyyəli doğuşayardım müəssisəsi kimi yüksək ixtisaslı yardım göstərən bir neçə xəstəxanalar var ki, onlar statusuna görə bu gün II səviyyəli doğum evləri hesab edilir. Halbuki onlar az çəkili uşaqlara, ağır patologiyalı xəstələrə yardım göstərə bilirlər. Həmin müəssisələrin göstərdiyi yardım, həyata keçirdiyi müalicə işlərinin həcmi III səviyyəli doğuşayardım tibb müəssisəsinə uyğun gəldiyi üçün onlara bu status veriləcək. Tibb müəssisələrinin statusunun dəyişməsi prosesi bu ildən başlayaraq həyata keçiriləcək”.
S.Məmmədova regionlarda yeni perinatal mərkəzlərin açılmasının gündəmdə olmadığını deyib: “Hər hansı regionda perinatal mərkəzin yaradılması Nazirlər Kabinetinin dövlət proqramlarına daxil olan və strateji əhəmiyyət daşıyan bir məsələdir. Təminata, təchizata, fəaliyyətə görə, ətraf rayonların əhalisinə yardım göstərmək imkanı olduğu i halda hökumət hansısa regionda yeni perinatal mərkəzin yaradılmasına qərar verir”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info