Budapeşt-Bakı aviareysi işə başlayacaq
Tarix: 11.04.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində Macarıstanın nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora, «WizzAir» aviaşirkətinin direktoru Gyorgi Abran və Macarıstan Ticarət Evinin direktoru Ceyhun Abdullayev iştirak ediblər.
N.Səfərov Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğunu vurğulayıb: «İki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. İnkişaf edən əlaqələrin nəticəsi olaraq, ötən il Bakıda Macarıstan Ticarət Evi açılıb. Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın ötən ilin oktyabrında keçirilmiş III iclasında Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinin açılması məsələsi müzakirə olunub və bununla bağlı ilkin razılıq əldə edilib. Artıq müvafiq sənədlər imzalanıb və bu ilin ortalarından etibarən bu marşrut üzrə uçuşlar həyata keçiriləcək. Yeni aviareys Azərbaycan-Macarıstan uğurlu əməkdaşlığının daha bir göstəricisi olmaqla, iki ölkə arasında iqtisadi-ticarət və mədəni əlaqələrin genişlənməsində, turizmin inkişafında əhəmiyyətli olacaq. Birbaşa hava xəttinin açılması həmçinin ölkələrimizin biznes dairələrinin işgüzar əlaqələrinin genişlənməsinə, sərnişin və yük dövriyyəsinin artmasına xidmət edəcək».
Səfir J.Çutora iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, yeni aviareysin Macarıstan-Azərbaycan əməkdaşlığının daha da genişlənməsində, iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. «WizzAir» aviaşirkətinin direktoru Gyorgi Abran isə qeyd edib ki, iyun ayının 17-dən etibarən Budapeşt-Bakı-Budapeşt marşrutu ilə birbaşa aviareyslərə başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info