Aydın Mirzəzadə: “Referendum“a göz yummaq beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək
Tarix: 20.02.2017 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Bəzi beynəlxalq təşkilatlar erməni separatçılarının təxribatlarına göz yumurlar. Bu barədə millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ikili standartlar yürüdərək ermənilərin təxribatlarına göz yumurlar.
Deputat bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı inzibati idarəetməni qanusuz referendum keçirməklə beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışır:
"Ermənilərin 26 il əvvəl işğal etdiyi əraziləri "müstəqil" kimi beynəlxalq ictimaiyyətə göstərmək cəhdləri boşa çıxıb, amma onlar hələ də bundan bir siyasi nəticə çıxarmayıblar. İndi də işğal etdikləri Azərbaycan torpaqlarında "referendum" keçirməyə cəhd edirlər. ATƏT-in Minsk qrupu və bir neçə beynəlxalq təşkilat bəyanatlar verərək "referendum"u tanımadıqlarını bildiriblər. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiqlər göstərmir, ikili standartlar yürüdürlər. Bu prosesdə özünü görməməzliyə vurmaq beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək".

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info