Aslan Usubov: “Müayinələr zamanı ən çox ürək, qan-damar, həzm sistemi və yuxarı tənəffüs yollarının xəstəlikləri aşkarlanıb”
Tarix: 20.02.2017 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Şabran rayonunda fevralın 15-dən etibarən 3 min 500 nəfərə yaxın sakin müayinə olunub.
Şabran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aslan Usubov AZƏRTAC-a müsahibəsində kampaniyanın müvəffəqiyyətlə davam etdiyini deyib.
Aslan Usubov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkar olunmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib.
“Şabranda fevralın 15-dən etibarən müayinə olunan 3 min 465 nəfərdən 210-da müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan 10 nəfər stasionar qaydada müalicəyə cəlb olunub, bir vətəndaş isə əlavə müayinələrdən keçmək üçün Bakı şəhərinə göndərilib. Müayinələr zamanı daha çox ürək, qan-damar, həzm sistemi və yuxarı tənəffüs yollarının xəstəliklərdən şikayət edən sakinlər müəyyənləşdirilib. Ehtiyac yarandıqda vətəndaşlar kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən keçirilir”, - deyə A.Usubov qeyd edib.
Baş həkim bildirib ki, xəstəxana bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər.
Mayın 15-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info